Ermənistanın nazir müavini Putini belə söyürdü
Hər şeydən bəlli olur ki, yeni Ermənistan hakimiyyəti qərbyönümlü olacaq və Rusiyaya meyldən danışmağa ehtiyac qalmır. Hökumətdə aparılan kadr dəyişiklikləri də buna bariz nümunədir.
Ermənistanda Babken Ter-Qriqoryanın diaspor nazirinin müavini vəzifəsinə gətirilməsi xüsusi diqqət çəkib. Bunu hətta nazir Mxitar Ayrapetyan da xüsusi fəxrlə qeyd edib.
Babken Ter-Qriqoryan Parisdə anadan olub və ABŞ-da böyüyüb. “The HALO Trust”, “Transparency International” və BMT-nin İnkişaf Proqramı kimi təşkilatlarla əməkdaşlıq edib. Eyni zamanda, Açıq Cəmiyyət Fondu – Ermənistan layihələrinin koordinatoru olub. Qeyd etməyə dəyər ki, sadalanan təşkilatların hamısı Corc Soros tərəfindən maliyyələşdirilir.
2018-ci ilin fevral ayından Babken Ter-Qriqoryan “dqr”in “insan hüquqlarının müdafiəsi” üzrə müşaviri və eyni zamanda Ermənistan baş nazirinin iqtisadi məsələlər üzrə müşavirinin müavini olub.
Ən maraqlısı isə odur ki, Babken Ter-Qriqoryan anti-Rusiya aksiyalarında əlində şüarlarla iştirak edib. Belə plakatlardan birində Putinə qarşı söyüş də yer alıb.
Ermənistan KİV-ləri bildirir ki, hu cür adamın Rusiyanın maraqlarını güdəcəyinə inanmaq xeyli çətindir.
Mənbə:> Virtualaz.org