Azərbaycanlı Rusiyada yüksək vəzifəyə təyin olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Azərbaycanlı Rusiyada yüksək vəzifəyə təyin olundu

Azərbaycanlı Rusiyada yüksək vəzifəyə təyin olundu

Rusiyanın baş naziri Dmitri Medvedev Azər Talıbovu Rusiya Federasiyasının İqtisadi İnkişaf nazirinin müavini vəzifəsinə təyin edib.

Bu barədə Nazirlər Kabinetində dərc olunmuş sərəncamda qeyd olunur.

“Talıbov Azər Mütəllim oğlu Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini təyin olunsun”, – deyə sənəddə bildirilir.

RF İqtisadi İnkişaf Nazirliyinin saytında yayılan məlumata görə, hazırda nazir Maksim Oreşinin müavinlərinin sayı 11-ə çatıb.

Yeni nazir müavini kadr siyasəti ilə bağlı məsələlərə, nazirin fəaliyyətini təmin etməyə, hüquqi məsələlər və maliyyə fəaliyyətinə cavabdeh olacaq.

Bundan əvvəl Talıbov Rusiya Mərkəzi Bankının katibliyinin rəhbəri vəzifəsini tutub. İqtisadi İnkişaf Nazirliyində isə təyin olunduğu postda İqor Revanı əvəz edib.

Talıbov 1979-cu ildə anadan olub. 2002-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 2002-ci ildən 2008-ci ilə kimi İqtisadi İnkişaf və Ticarət Nazirliyində müxtəlif vəzifələrdə xidmət göstərib. 2008-2012-ci illərdə iqtisadi inkişaf nazirinin köməkçisi olub. 2012-ci ilin iyununda Rusiya prezidentinin köməkçisi aparatının rəhbəri vəzifəsinə təyin olunub. 2013-cü ilin iyul ayında Rusiya Mərkəzi Bankının Katibliyinin rəhbəri vəzifəsinə təyin edilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *