Prezident İlham Əliyev özünə yeni köməkçi təyin etdi
Ölkə başçısı İlham Əliyev Azərbaycan Prezidentinə iqtisadi islahatlar üzrə köməkçi təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi təyin edilib.
AzNews.info Modern.az-a istinadən xəbər verir ki, Natiq Əmirov bu təyinatadək vergilər nazirinin 1-ci müavini postunu tuturdu.
Əmirov Natiq Ərziman oğlu 1967-ci ildə Dəvəçi rayonunda anadan olub. 1990-cı ildə N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu (iqtisadçı), 1998-ci ildə isə Elmi-Təhsil Mərkəzi Təfəkkür Universitetini (hüquqşünas) bitirib.
1990-1991-ci illərdə Sumqayıt şəhəri Maliyyə Şöbəsində böyük büdcə iqtisadçısı, 1991-1993-cü illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin Vətəndaşların Vergiyə Cəlb Edilməsi Şöbəsində böyük dövlət vergi müfəttişi işləyib.
1993–1994 – Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyi, Dövlət Müəssisələrinin, Təşkilatların və Birliklərin Mənfəətinin (gəlirlərinin) Vergiyə Cəlb Edilməsi və sair Gəlirlər Şöbəsi, DVM
1994-1997 – Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyi, Qeyri-dövlət Müəssisələrində Vergi Qanunvericiliyinə və Dövlət Qiymət İntizamına Nəzarət Şöbəsinin rəisi
1997-2000 – Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində rəis müavini
2000-2001 – Bakı şəhəri, Səbail rayonu Vergilər İdarəsinin rəis müavini
2001-2003 – Vergilər Nazirliyi iri Vergi Ödəyiciləri ilə İş Üzrə Departamentin rəis müavini
2003-2005 – Vergilər Nazirliyi İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəisi
Azərbaycan Respublikası Prezidentinin 16 avqust, 2005-ci il tarixli Sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 4 mart, 2009-cu il tarixli Sərəncamı ilə Vergilər nazirinin I müavini vəzifəsinə təyin edilmişdir.
Ailəlidir. 3 övladı var.
Mənbə:> Modern.az