Gündüz Kərimov Mehriban Əliyevanın köməkçisi təyin olundu
Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya yeni köməkçi təyin edilib.
Prezident Administrasiyasının rəsmi saytı xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, Gündüz Kərimov Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi təyin olunub.
Gündüz Kərimov bu təyinatla xanım Əliyevanın dördüncü köməkçisi olub.
“Qafqazinfo” xəbər verir ki, Gündüz Hacı oğlu Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub.
O, Baker McKenzie və Bakı ofisinin idarəedici tərəfdaşı olub. Birləşmiş Ərəb Əmirliklərində Fikri Mülkiyyət Təcrübə Qrupunun rəhbəri vəzifəsini daşıyıb.
G. Kərimov 2011-2014-cü illərdə BDU-nun Hüquq fakültəsinin dekan müavini işləyib.
Həmçinin Beynəlxalq Ticarət Palatasının üzvü və Parisdə Beynəlxalq Arbitraj Məhkəməsində Azərbaycanın rəsmi nümayəndəsidir.
Evlidir, iki övladı var.
Mənbə:> Qafqazinfo.az