“Aprel müharibəsi Serj Sərkisyanı gözdən saldı…” » AzNews.info -Xəbər portalı

“Aprel müharibəsi Serj Sərkisyanı gözdən saldı…”

“Aprel müharibəsi Serj Sərkisyanı gözdən saldı…”

Hazırda Qarabağ münaqişəsi ətrafında hadiələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaq olduqca mürəkkəbdir. Bu barədə “Amerikanın səsi”inə müsahibəsində amerikalı analitik Ceff Mankoff bildirib.

Virtualaz.org xəbər verir ki, Mankoff 2016-cı ilin aprel müharibəsinin münaqişənin gəlcək nizamlanması ətrafında böyük qeyri-müəyyənlik yaratdı. Onun fikrincə aprel müharibəsi habelə müəyyən dərəcədə Ermənistanın keçmiş hakimiyyətini gözdən saldı, xüsusən də ordunun müharibəyə hazır olması nöqteyi-nəzərindən.

“Aprel müharibəsi Serj Sərkisyanı gözdən saldı…”


Amerikalı analitik əlavə edib ki, hansısa proqnozlar vermək çətin olsa da Ermənistandakı daxili siyasi problemlərin dərinləşməsi hərbi əməliyyatların yenidən başlamasına gətirib çıxara bilər.

Digər amerikalı analitik Stiven Blank isə Ermənistanın indiki baş naziri Nikol Paşinyanın mayın 9-da Dağlıq Qarabağda səsləndirdiyi bəyanatları yada salıb. O bildirib ki, baş nazir Dağlıq Qarabağın danışıqlar masası arxasına qayıtması haqda danışıb, Ermənistanın ancaq öz adından danışıqlar aparacağını deyib. Stiven Blank bu yanaşmanı münaqişənin nizamlanması baxımından faydalı yanaşma hesab etmir.

“Aprel müharibəsi Serj Sərkisyanı gözdən saldı…”


“Heç kim Dağlıq Qarabağı dövlət kimi tanımır. Bu bölgə hələ 1994-cü ildən Ermənistanın tərkib hissəsi olmaq istəyir. Lakin bu cür yanaşma istənilən danışıqlar prosesini dağıdır”-Blank bildirib.

Analitik əlavə edib ki, Ermənistanın sonrakı inkişafı da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlıdır.
“Aprel müharibəsi Serj Sərkisyanı gözdən saldı…”


Analitik Olqa Oliger isə deyib ki, Ermənistan-Rusiya münasibətlərinin dərinləşməsi Bakının xoşuna gəlmir, digər tərəfdən silahlanma yarışını daha da fəallaşdırır. “Aydındır ki, Rusiya ilə hərbi müttəfiqliyin dərinləşməsinə dair Ermənistanın xahişi Azərbaycanı qıcıqlandırır. Lakin bu ona gətirib çıxara bilər ki, Bakı da Moskvaya hərbi əməkdaşlığın dərinləşməsi xahişi ilə müraciət edə bilər, Rusiya isə hər iki tərəfə silah satmağa həmişə hazırdır”-o bildirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *