Analitik: Azərbaycan Ermənistanın məhv edilməsini hədəf alıb
Azərbaycan Qarabağı qaytarmaq üçün deyil, Ermənistanın siyasi və iqtisadi məhvi məqsədinə doğru addımlar atır.
Oxu.Az news.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Kanadadakı sabiq fövqəladə və səlahiyyətli səfiri, “Modus Vivendi” analitik mərkəzinin rəhbəri Ara Papyan bəyan edib.
“Burada Dağlıq Qarabağ ətrafında münaqişə Azərbaycan üçün sadəcə bəhanədir. Onlar daha geniş məsələni həll edirlər. Bu, yalnız Azərbaycanın yox, eləcə də Türkiyənin məqsədidir, onlar yollarında tikan kimi duran Ermənistanı aradan götürmək üçün addımlar atırlar”, - Papyan qeyd edib.
Mənbə:> Oxu.Az