MKİ agenti, məmur Fərhad Məmmədov, Həsənli və MeydanTV » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

MKİ agenti, məmur Fərhad Məmmədov, Həsənli və MeydanTV EYNULLA FƏTULLAYEV YAZIR

MKİ agenti, məmur Fərhad Məmmədov, Həsənli və MeydanTV


Bünövrədən əsas tənqidi səsin – xalis Qərb media-layihəsi olan “Meydan TV”nin konsepsiyası fasiləsiz Azərbaycan inqilabı ideyasına bağlanmışdı. İnqilabi KİV konsepsiyası Kiyev Avromaydanında uğurlu tətbiqini tapmışdı. Həmin doyumsuz dekabr günlərində bütün dünya inqilabdan doğulmuş “Espresso TV” telekanalının obyektivi ilə nəzərlərini Sağ sektorun silahlılarına yönəldərək, səbirsizliklə yeni xalq üsyanının sonunu gözləyirdi. Rəngsiz inqilaba bir ay qalmış fəaliyyətə başlayan “Espresso TV” ilə yanaşı, yeni fasiləsiz inqilabi TV nəzəriyyəsi doğulurdu.

MKİ agenti, məmur Fərhad Məmmədov, Həsənli və MeydanTV
“Espresso TV” belə yaranırdı


Sülh dövründə, xüsusilə onlayn jurnalistikanın (vətəndaş jurnalistikasının) və müqavimət publisistikasının inkişafı və çiçəklənməsi zamanında yeni KİV layihəsi üçün media fəzasına daxil olmaq, tamaşaçıların diqqətini qazanmaq və oxucu gözü üçün adət edilməmiş yeri tutmaq elə də asan iş deyil. Lənətlənmiş günlərdə isə qəhrəman obrazına girərək tamaşaçıların etimadını qazanmaq xeyli asandır.

Azərbaycanda inqilab çağırışları 90-cı illərin sonlarından – tarixin sonu erasının başlandığı andan səslənir. Lakin 2000-ci illərdə yeni antiliberal dünya tarixi yazılmağa başladı ki, bu da bir çox xalqların taleyində yeni səhifələr açdı – inqilablar hökmdarları və kralları süpürüb atır, Liviyadan Ukraynayadək dünya daha yeni münaqişələrin qaranlıq gözləntisinin qanlı ənginliklərinə dalırdı.

Azərbaycanda da hər gün inqilab gözləyirdilər. Əvvəlcə, deyildiyi kimi, tarixin sonu gələn zaman, daha sonra narıncı inqilablar dövründə, sonra ərəb baharı dalğasında, ən nəhayətdə isə, heç cür gəlib çıxmayan rus baharında. Budur, 2013-cü ildə Azərbaycan inqilabı üçün xüsusi TV düşünülür və adı da liberal dünyanın bəyəndiyi cəlbedici “Maydan” sözündən götürülür – türksayağı “Meydan”.

“Meydan TV”nin rəhbərliyinə jurnalistikadan və yaradıcı işdən tamamilə uzaq adam – keçmiş tərcüməçi, sosialist alman Ebert adına Fondun adi klerki, hansısa ağlasığmaz yanlışlıqla dissident olmuş, dostları tərəfindən “Milli” adlandırılan Emin Abdullayev gətirildi. Əslinə qalsa, inqilabi TV-nin yeni konsepsiyası üçün xüsusi jurnalist istedadı heç tələb olunmurdu da. Kameranın obyektivi və çaxnaşmada olan kütlə lazım idi. Obyektiv quruldu, amma obyektiv gerçəklik və tarixi qanunauyğunluq üzündən kütlə əvəzinə efirdə yalnız bir ovuc insan görünürdü. Bu ovucla hakimiyyəti devirmək olmaz. İllər keçir, obyektivdəki görüntü isə sanki donub qalmışdı. Alışdıqları “Məhsul” stadionunda elə həmin bir ovuc narazı.

Elə həmin vaxt konsepsiyanın müəllifləri TV-nin konseptual əsasını dəyişərək, onu tam həcmli KİV-ə çevirdilər. Peşəkarlar cəlb edildi, daha çox pul buraxdılar, tam sərbəstlik verildi... Qapalı Azərbaycan media fəzası şəraitində uğur əvvəlcədən təmin edilmişdi.

Əsas müxalif telekanalın ideya ilhamçılarından və siyasi təlimçilərindən biri isə 31 yaşlı ABŞ vətəndaşı Kerolay Satklif Lelianidir. Hər şey bir yana, lakin gənc amerikalı qadının Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) bağlılığı diqqətimizi çəkdi.

Beləliklə, xəyali inqilabın doğurduğu media-layihədə MKİ agentinin nə işi var? Leliani “novruzgülü”dür və hələ 2009-cu ildə Londonda – Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun tavanı altında çalışırdı. Ərəb baharının astanasında o, böyük şövqlə “beynəlxalq siyasi risklər və transmilli təhlükələr” mövzusunu öyrənirdi. Bu risklərin öyrənilməsi Lelianini Azərbaycana gətirib çıxardı. Bakıda ilk dəfə o, ABŞ Dövlət Departamenti tərəfindən dəstəklənən Fulbrayt – Amerika tədris qrantları proqramı çərçivəsində peyda oldu.

MKİ agenti, məmur Fərhad Məmmədov, Həsənli və MeydanTV
Lelianinin özü


Leliani fəaliyyətinin istiqamətini dəyişmirdi, lakin başının üstündəki tavan qəribə tezliklə dəyişirdi. 2011-ci ildə MKİ agenti artıq Beynəlxalq Qırmızı Xaçda məsləhətçidir, yarım il sonra Avropa Yenidənqurma və İnkişaf Bankında məsləhətçidir. Daha yarım il sonra o artıq BMT-də görünür, sonradan isə hə şeyi bir kənara ataraq, yenidən siyasi araşdırmalarını davam etdirməyə girişir. Bu dəfə Haaqada. Məhz liberal dünyanın bu zümrüd şəhərində o, “Meydan TV” inqilabi layihəsinə qoşulmaq kimi taleyüklü qərar verir. Görünür, Azərbaycan barədə düşüncələr onda Qırmızı Xaçda yaranıb. Həm gülməlidir, həm də ağlamalı. Çox kobud işdir, heç MKİ-yə bənzəmir. Görünür, rusların bir sıra məğlubiyyətlərindən sonra uşaqlar lap arxayınlaşıblar! 2014-cü ildə bu cür vacib beynəlxalq təşkilatların keçmiş əməkdaşı “Meydan TV”nin maliyyə meneceri kreslosuna əyləşir. Necədir sizinçün?

MKİ agenti, məmur Fərhad Məmmədov, Həsənli və MeydanTV
MKİ agenti bildirir ki, “Meydan TV” onun ailəsidir

Bir müddət sonra isə Leliani əsas müxalifət telekanalının əməkdaşlarının və jurnalistlərinin ixtisaslarının artırılması proqramını nəzarətinə götürür. 2014-cü ilin mayında o, qəribə şəkildə Azərbaycanın qonşuluğunda - Tblisidə “Chai Khana” adlı QHT-nin rəhbəri kimi peyda olur. Bu ad usmanovçu restoran şəbəkəsi “Çayxona” ilə uzlaşırdı. Lakin özbək “Çayxona”sından fərqli olaraq Lelianini Cənubi Qafqaz xalqlarının sosial-mədəni xüsusiyyətləri, onların arxetipi və tarixi irsi maraqlandırırdı.

Bununla belə, Leliani araşdırma obyekti kimi əsasən üç ölkəni seçmişdi - Misir, Mərakeş və Azərbaycan. Misirdə iki prezident devirdilər, Mərakeşə inqilab ixrac etdilər, amma Mərakeş kralı siyasi kompromislər yolunu seçərək möcüzə sayəsində salamat qaldı. Azərbaycanı isə Leliani ya heç cür ağılla dərk edə bilmədi, ya da ümumi arşınla ölçdü.

Azərbaycan dilində sərbəst danışan MKİ agenti 2010-cu ildən bəri Azərbaycanda tez-tez görünürdü. Necə düşünürsünüz, bu şübhəli kəşfiyyat mənsubunun əsas partnyoru kim ola bilərdi? Prezident Administrasiyası nəzdindəki Strateji Araşdırmalar Mərkəzi. Təsadüfi deyil ki, Leliani fətullahçı təriqətin liderləri Elnur Aslanov və Fərhad Məmmədovla əməkdaşlığa girib. Yaxın tərəfdaşlar o vaxt ölkədəki siyasi vəziyyətə dair “Azərbaycanda siyasi partiyalar: seçkilərdən seçkilərə” adlı birgə nəzəri vəsait də hazırlayıblar.

MKİ agenti, məmur Fərhad Məmmədov, Həsənli və MeydanTV
Fərhad Məmmədov özünü yetirir


Bu metodiki vəsaitin müəllifləri Prezident Administrasiyasının iki məmuru - hamıya yaxşı tanış olan Fərhad Məmmədov və siyasi analitika şöbəsinin rəhbəri Tahir Allahyarovdur. Və həmin metodiki vəsaitə ön sözü yazan gələcəkdə inqilabçı Milli Şuranın lideri olacaq Cəmil Həsənli idi. Görünür, kvaziinqilabın gələcək qaranquşu nəzəri vəsaitin yazılması qaydalarına ciddi riayət edib. Axı vəsaitin redaktoru və hətta korrektoru həmin Kerolayn Leliani idi. O, müəlliflərin fikirlərini və çalışmalarını vicdanla redaktə etmişdi...

Bu metodiki vəsait 80-ci illərin sonlarının cəbhəçi–saqqallılar tərəfindən istifadə edilən Azərbaycan inqilabi düşüncəsinin həyata keçirilməsindən, onların Azərbaycanda iki dövlət başçısının devrilməsi ilə nəticələnmiş “qəhrəmanlıq səhifələri”ndən bəhs edir. Belə görünür ki, Kerolayn üçüncü dövlət başçısının devrilməsinə də fəal hazırlaşırdı. Düz 2011-ci ilə qədər MKİ agenti hər ay Azərbaycana gəlirdi. O, qonşu Gürcüstandan hələ də əlini nəbzin üstündə saxlayır.

MKİ agenti, məmur Fərhad Məmmədov, Həsənli və MeydanTV
[center][/center]həmişə “Meydan”la birlikdə

Leliani hələ də “Meydan TV”ni himayə edir, inqilab tribunasının ideya-siyasi xəttini müəyyənləşdirir və Emin Milli, habelə erməni mənşəli daha bir britaniyalı Onnik Kirkoryanla əlaqə saxlayır. Yeri gəlmişkən, Onnik Kirkoryan Ermənistanda “sevgi inqilabı”nı birinci dəstəkləyənlərdən olub, sosial şəbəkələrdə Sərkisyana və onun hökumətinə qarşı qızğın kampaniya aparıb. İndi isə onlar yenidən üzlərini Azərbaycana çeviriblər. Lakin “Meydan TV”nin obyektivində ümumxalq hiddətini ifadə edən, çoxdan gözlənilən kütlə hələ də görünmür... Əvvəlki kimi ortada yenə də bir ovuc dağıdıcılardır. Bununla bağlı nə etməli? Və status-kvonu necə sındırmalı? Buz isə hələ də yerindən tərpənmir. Yeni bahar o qədər də yaxın deyil...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *