Cənubi Qafqazda yeni qaynar nöqtə yaranır » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Cənubi Qafqazda yeni qaynar nöqtə yaranır

Cənubi Qafqazda yeni qaynar nöqtə yaranır


Rusiyada nəşr olunan "Ekspress-qazeta”nın 2018-ci il 14 may tarixli nömrəsində Yaroslav Filipovun "Cənubi Qafqazda yeni qaynar nöqtə yaranır. Paranoylar gəmisi” sərlövhəli məqaləsi dərc olunub.

AzNews.info Trend-ə istinadən məqaləni təqdim edir:

Ermənistanda hakimiyyət dəyişib. Hansısa "vilayət komitəsi” tərəfindən idarə edilən qiyamçılar qalib gəliblər. Nikol Paşinyanın tərəfdarları öz rəhbərlərini baş nazir vəzifəsində "əyləşdirməyə” nail olublar. İndi falçının yanına getməyə ehtiyac yoxdur. Bu ölkə tədricən Qərbin təsiri altına düşəcək və Rusiya ilə münasibətlərini hökmən korlayacaq. Biz belə ssenariləri dəfələrlə müşahidə etmişik. Bəs Moskvanın dəstəyi olmasa, Cənubi Qafqazdakı bu kiçik respublikanı nələr gözləyir? Yaxşı heç nə.

Amerikalılar Ermənistanda növbəti maydan yaratmaq imkanını çox tez gördülər. Onlar Yerevanda etiraz əhval-ruhiyyəsini süni şəkildə qızışdırdılar, protest aksiyaları təşkil etdilər və nəticə etibarilə baş nazir Serj Sarkisyanın istefa verməsinə nail oldular.

Paşinyanı ilk dəfədən seçmək mümkün olmadı. 105 deputatdan yalnız 45-i onun lehinə səs verdi. Qalib gəlmək üçün 8 səs çatmadı. Hakim respublikaçılar partiyası onun əleyhinə çıxdı. Bundan sonra "ermənilərin Saakaşvilisi” parlamenti açıq-aşkar şantaj etməyə, yeni mitinqlər təşkil olunacağı barədə hədə-qorxu gəlməyə başladı.

Muzdlu qiyamçılar yolları kəsdilər, aeroportu bağladılar. Üstəlik, onlar bəzi deputatlara pul ödədilər və nəticədə ikinci dəfə səsvermədə Qərbin agenti olan namizədi 59 deputat dəstəklədi, 42 deputat onun əleyhinə səs verdi. Çevriliş baş tutdu.

Xatırladaq ki, 2017-ci ildə keçirilən seçkilərdə onun partiyası səkkiz faizdən az səs toplamışdı. Yəni, o, respublikaya qanuni rəhbərlik edə bilmədi. Lakin məlum olduğu kimi, fəal azlıq xüsusən yaxşı təşkil edilmişdirsə, maliyyələşdirilirsə və istənilən cinayətləri törətməyə hazırdırsa, inqilabda qalib gəlir.

Belə hallarda rəhbər adətən kütləyə "bütün yaxşılıqlara hə, bütün pisliklərə yox” tipli sadə şüarlar təklif edir. O, yeni parlament seçkiləri keçiriləcəyini, ABŞ-dan öz ölkəsinə milyardlarla dollar cəlb ediləcəyini, Avropa İttifaqı ilə vizasız rejim tətbiq olunacağını vəd edir. Bir sözlə, "yeni azad Ermənistan”ın qərbpərəst kursunun perspektivləri barədə vədlər verir.

Bəli, Paşinyan müəyyən məqamda ritorikanı dəyişərək hiylə işlətdi, guya Rusiya ilə normal münasibətlər qurmağa hazırlaşır. İnanmayın, qarşınızdakı satqın yaramaz rusofobun klassik nümunəsidir. Axı, bu adam həmişə öz ölkəsinin hökumətindən Kremlpərəst kursun dəyişdirilməsini tələb edir və parlamentdə Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxması prosesinə başlamağa çalışırdı.

Böyük qardaş

Təəssüf ki, indi Ermənistanın məhz Rusiya tərəfindən müharibə yolu ilə əldə edilmiş torpaqlarda yaradılmasını xatırlayanlar azdır. XIX əsrin əvvəlində Peterburqda Cənubi Qafqazın xristian əhalisi üçün ayrıca vilayət təşkil edilməsi qərara alındı. Bu əhali həmin ərazidə yığcam şəkildə yaşayar, imperiya isə onu müdafiə etmək imkanına malik olardı. Erməni ailələri həmin vilayətə Rusiyanın bütün cənub ərazisindən, İrandan və Osmanlı imperiyasından köçürülmüşdü.

Hətta XIX əsrin axırlarında İrəvanın və ətraf yaşayış məntəqələrinin əhalisinin demək olar ki, yarısı müsəlmanlar idi. Yalnız köçkünlərin məskunlaşdırılması İrəvan quberniyasında ermənilərin sayca çoxluğuna şərait yaratdı. İnqilabdan sonra bu ərazi Ermənistan SSR oldu, özü də demək olar ki, bütünlüklə Moskvadan dotasiya alırdı. İttifaqın dağılması nəticəsində Ermənistan müstəqil ölkə statusu aldı, lakin bütün bu illər ərzində Rusiya Federasiyasının hərbi və iqtisadi himayəsində qaldı.

İndi isə qəddar düşmənlər Rusiyaya qarşı sanksiyalar tətbiq edir, hərbi bazalarla hədə-qorxu gəlir, belə bir vaxtda "müttəfiqlər” özlərinin əsl simasını göstərirlər. Yerevanda kütlə əllərində "Rusiya – rədd ol!” sözləri yazılmış plakatlar tutaraq bütün bəlaların kökünü Kremldə axtarır. Onlar başa düşmürlər ki, dünyada qüvvələrin indiki nisbətində Rusiya Federasiyası ilə qarşıdurmaya getmək Yerevan üçün ölümə bərabərdir.

Axı, Ermənistan öz əbədi düşmənləri olan Türkiyənin və Azərbaycanın çəkici ilə zindanı arasında qalıb. Əgər Rusiya bu regiondan gedərsə, Ermənistan bir ölkə kimi bəlkə də yer üzündən silinəcək. Qərb buna yol verməz. Lakin Ermənistan çox böyük ərazi itkisinə məruz qalacaq, qan içində boğulacaq və əsl aclığın, soyuğun nə demək olduğunu biləcək.

Parçala və hökm et

Artıq bütün regionun təhlükəsizliyini təmin edən Gümrüdəki Rusiya hərbi bazasının bağlanması və "Rusiyanın ermənilərə borclu müstəmləkəçi” olması barədə söhbətlər gedir. Moskvada bununla əlaqədar gurultulu əks-səda doğuran qalmaqal baş verib. Məşhur jurnalist Mixail Leontyev "Komsomolskaya Pravda” radiosunda Ermənistanı Rusiya üçün yük adlandıraraq bəyan edib ki, bu gün rusların köməyi olmasa, erməni xalqının bircə nümayəndəsi də mövcud olmazdı.

Leontyev elə belə də deyib: "Siz heç kimə lazım deyilsiniz! Bizdən başqa! Əgər siz özünüzə lazım deyilsinizsə və axmaqsınızsa buyurun, gedin, boğulun! Yalnız bizim dəstəyimiz sayəsində mövcud olan xalqın bizə satqınlıq edərək bizi şantaj etməyə haqqı yoxdur”. Lakin digər tərəfdən amerikalılar da buna çalışırlar – istəyirlər ki, bizi bütün dünya ilə savaşdırsınlar, hətta nominal "müttəfiqlərdən” də məhrum etsinlər. İndiki vəziyyətdə onları yalnız Rusiyada və Suriyada vəziyyətə təsir göstərmək şansı maraqlandırır. Cənubi Qafqazda müharibəni qızışdırmaq üçün ermənilərə siyasi böhran təşkil ediblər. Axı ABŞ-ın fikrincə, münaqişədə Rusiya ermənilərə kömək edəcək, azərbaycanlılar isə Türkiyədən kömək istəyəcəklər. Nəticədə "Türkiyə axını” və Suriya münaqişəsində Rusiya-Türkiyə əməkdaşlığını unutmaq lazım gələcək.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *