İsrail ordusu Qüdsə yeridilib, ABŞ səfirliyinin açılışına hazırlıq gedir » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

İsrail ordusu Qüdsə yeridilib, ABŞ səfirliyinin açılışına hazırlıq gedir

İsrail ordusu Qüdsə yeridilib, ABŞ səfirliyinin açılışına hazırlıq gedir

Sabah ABŞ-ın Qüdsdə səfirliyinin açılışı olacaq. Bununla bağlı olaraq İsrail ordusunun bölmələri Qüdsə yeridilib, şəhərdə güclü təhlükəsizlik tədbirləri görülüb. Bu barədə virtualaz.org və haqqın.az saytlarının təsisçisi, jurnalist Eynulla Fətullayev Qüdsdən bildirir.

E.Fətullayevin yazdığına görə Qüdsdə ABŞ səfirliyinin açılışı ərəfəsində vəziyyət olduqca gərgindir. Çünki ərəblərin Qəzza sektorundan Qüdsə böyük yürüşü hazırlanır, toqquşmaların olacağı qaçılmazdır.

İsrail ordusu Qüdsə yeridilib, ABŞ səfirliyinin açılışına hazırlıq gedir


Xatırladaq ki, ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi barədə qərarı prezident Donald Tramp verib. Bu qərar ərəb-İsrail münaqişəsini daha da kəskinləşdirib. Tramp əvvəlcə səfirliyin açılış mərasiminə şəxsən qatılacağını bildirsə də sabahkı açılışa qızı İvankanı göndərir.

E.Fətullayev onu da yazır ki, Qüdsdə ABŞ səfirliyinin açılması ilə yanaşı İsraildə mayın 10-na keçən gecə Suriya ərazisindəki İran bazalarına endirilmiş zərbələr də əsas müzakirə mövzusudur. Əməliyyat zamanı bu bazaların 80 faizi məhv edilib, hansı ki, İran həmin bazaları yaratmaq üçün 5 il vaxt və 1 milyard dollara yaxın vəsait sərf etmişdi. “Məlumatlar var ki, İran bu əməliyyatdan sonra İsrailə cavab zərbələrini müzakirə edib, lakin prezident Ruhani bunun qəti əleyhinə çıxıb”-E.Fətullayev bildirir.

İsrail ordusu Qüdsə yeridilib, ABŞ səfirliyinin açılışına hazırlıq gedir


E.Fətullayev onu da xəbər verir ki, İsrail hökuməti Livana da sərt xəbərdarlıq edib. Bildirib ki, əgər “Hizbullah” Livan ərazisindən “bir güllə belə atmağa cəsarət eləsə” bu ölkəni darmadağın edəcək. Və İsrailin əməliyyatları 2005-ci ildə olduğu kimi “Hizbullah”ın nəzarətindəki Dahya ilə məhdudlaşmayacaq. Dahya Beyrutun “Hizbullah”ın nəzarətindəki kvartalıdır.

“İsrail diplomatik qaynaqlarından əldə etdiyim məlumata görə Livana sərt xəbərdarlıq edilib. Bildirilib ki, Livan hökuməti bütün ölkə ərazisinə nəzarətini təmin etməlidir, əks halda İsrail sonrakı hadisələrə görə məsuliyyət daşımayacaq”-E.Fətullayev bildirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *