Fələstin rəsmisi: “ABŞ səfirliyinin Qüdsə köçürülməsi tarixi təxribatdır”
ABŞ-ın İsrail səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi və bunun üçün seçilmiş tarix təxribatdır.
APA-nın verdiyi xəbərə görə, Fələstin Azadlıq Təşkilatının baş katibi Sahib Ureykatın bəyanatında belə deyilir.
“ABŞ-ın İsrailin paytaxtı olaraq Yerusəlimi tanıması və məhz mayın 14-də səfirliyi açmaq qərarı rəsmi Vaşinqtonun beynəlxalq hüququ sarsıtmaq əzmində olduğunu nümayiş etdirir. Bu, Fələstin xalqına, eləcə də bütün müsəlman və xristianlara qarşı təxribatdır", deyə bəyanatda bildirilir.
Xatırladaq ki, bundan əvvəl Dövlət Departamenti ABŞ səfirliyinin Qüdsdə mayın 14-də açılacağını təsdiqləyib. Onun açılışının İsrailin 70 illiyinə həsr olunacağı vurğulanıb.
Mənbə:> APA