Tramp Qüdsdə ABŞ səfirliyinin açılışında iştirak edə bilər
Prezident Donald Tramp bu ilin mayında Qüdsdə (Yerusəlim) ABŞ səfirliyinin açılış mərasimində iştirak edə bilər.
Bu barədə ABŞ lideri İsrailin baş naziri Benyamin Netanyahu ilə görüş zamanı bildirib.
“Ola bilər. İmkan daxilində çalışacam”, - deyə jurnalistlərin suallarını cavablandıran D.Tramp bildirib.
Qeyd edək ki, 2017-ci il dekabrın 6-da prezident Donald Tramp Qüdsün Vaşinqton tərəfindən İsrailin paytaxtı kimi tanındığını və ABŞ-ın Tel-Əvivdəki səfirliyinin ora köçürüləcəyini bəyan edib.
Mənbə:> APA