Paşinyan kresloya oturan kimi Sərkisyana çevrildi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Paşinyan kresloya oturan kimi Sərkisyana çevrildi BİR AZ DA BETƏR...

Paşinyan kresloya oturan kimi Sərkisyana çevrildi

Ermənistanda baş nazir seçilən müxalifət lideri (o, hazırda parlamentdə azlıqdadır) Nikol Paşinyan bu gün Azərbaycanın işğal altındakı ərazilərində-Xankəndində çoxsaylı yerli və xarici jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirib. Virtualaz.org xəbər verir ki, xarici jurnalistləri maraqlandıran əsas mövzulardan biri Paşinyanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi olub.

Belə demək olar ki, Paşinyan baş nazir kreslosuna oturan kimi ən azından Qarabağ məsələsində Serj Sərkisyana çevrilib, yəni onun on ildir hər fürsətdə təkrarladıqlarını bir az başqa redaktədə və üslubda təkrarlayıb. Hətta daha radikal mövqe nümayiş etdirib.

Paşinyanın Qarabağ mövzusunda dediklərinin əsas məğzi aşağıdakılardan ibarət olub: Dağlıq Qarabağ ayrıca subyekt kimi qatılmadan danışıqlar mümkün deyil, güzəştlər, kompromislər barədə erməni tərəfi ancaq Azərbaycanın Dağlıq Qarabağı tanımağa hazır olmasından sonra danışmaq olar. Ermənistan əsas diqqəti silahlanmaya və təhlükəsizliyin təmin olunmasına yönəltməlidir.

Ermənistan baş naziri həmsədr ölkələrin tərəflərə təqdim etdiyi və danışıqlar masasındaı son sənəd hesab edilən Madrid prinsiplərinə də istinad etməyib. Başqa sözlə, gözlənildiyi kimi Nikol Paşinyan Qarabağ məsələsində Ermənistanın mövqeyində hansısa dəyişikliyin baş verməyəcəyini təsdiqləyib, eyni zamanda nümayiş etdirib ki, o daha radikal mövqeyə meyllidir. Yəni Dağlıq Qarabağın danışıqlarda tərəf kimi tanınması məsələsini qoyur və bunsuz danışıqlara qatılmağa lüzum görmür.

“Mən Azərbaycan prezidenti ilə danışıqlarda ancaq Ermənistanı təmsil edə bilərəm. Dağlıq Qarabağı isə onun öz rəhbərləri təmsil etməlidir. Əgər Azərbaycan bu məsələnin həllini istəyirsə onu indiki formatda, yəni tərflərdən birinin danışıqlar masası arxasında olmadığı şəraitdə həll etmək mümkün deyil. Dağlıq Qarabağın adından ancaq onun hakimiyyəti danışa bilər”-Paşinyan deyib.

Paşinyan kresloya oturan kimi Sərkisyana çevrildi


Nikol Paşinyana görə Azərbaycan həm də Dağlıq Qarabağın “öz müqəddəratını təyin etməsi hüququnu” tanımalıdır. Əks halda erməni tərəfi hər hansı güzəştə gedə bilməz.

Xarici jurnalistlərdən biri Paşinyana Qarabağ məsələsindən sual verəndə “bu ərazilərə görə danışıqlar” ifadəsini işlədib və Ermənistanın baş naziri bu ifadədən qəzəblənib. “Hörmətli jurnalist, mən bilmirəm hansı ölkəni təmsil edirsiniz, amma siz deyirsiniz ki, “bu ərazilərə görə danışıqlar”. Biz görünür uzun müddət əmin olmuşuq ki, beynəlxalq ictimaiyyətə Qarabağ münaqişəsinin mahiyyətini çatdıra bilmişik. Amma belə görünür ki, beynəlxalq ictimaiyyətə problemin əsl mahiyyətini çatdırmaq vacibdir”, - o deyib.

Daha sonra Paşinyan Qarabağ münaqişəsinin necə başladığı haqda ənənəvi erməni mövqeyini təkrarlayıb. Habelə təmas xəttində insidentlərin araşdırılması mexanizmi barədə İrəvanın çoxdankı tezislərini təkrar edib. Bir sözlə, Ermənistanda “Qarabağ karuseli” davam edir, bu məsələdən istifadə edib hakimiyyəti qamarlayanlar 20 il sonra Qarabağ məsələsinin yaratdığı yoxsulluq, səfalət və kütləvi miqrasiya kimi problemlərə görə küçənin təzyiqi ilə gedir, onların yerinə gələnlər isə hakimiyyətdə qalmağın yegan təminatı kimi Qarabağdan daha radikal danışmaq xəttini seçir...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *