Paşinyan seçilmədi - Moskva imkan vermədi...
Moderator.az xəbər verir ki, bir neçə dəqiqə öncə Ermənistan parlamenti Nikol Paşinyanın baş nazir seçilməsinin əleyhinə səs verib.
Onun leyhinə 45, əleyhinə 55 nəfər səs verib. Səsvermənin nəticələrindən pərt duruma düşən Paşinyansa tərəfdarlarını onu Respublika meydanında gözləməyə səsləyib.
Bəzi Ermənistan KİV-ləri başda Zatulin olmaqla Moskvadan gəlmiş nümayəndə heyətinin Moskvaya sevinc raportu verdiklərindən yazıb. Hadisələr isə bitməyib və daha da gərginləçməsi ehtimalı var...
Mənbə:> Moderator.az