Tramp xüsusi prokuroru işdən çıxarmaqla hədələyir » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Tramp xüsusi prokuroru işdən çıxarmaqla hədələyir

Tramp xüsusi prokuroru işdən çıxarmaqla hədələyir

ABŞ Senatının komitəsi xüsusi prokuror Robert Müllerin işdən çıxarılmasını əngəlləyəcək qanunvericiliyi təsdiqləyib. Bu arada prezident Donald Tramp xüsusi prokurorun təhqiqatına müdaxilə edə biləcəyinə eyham vurub. Müller Trampın seçki kampaniyası ilə Rusiya arasında mümkün əlbirlik iddialarını araşdırır.

“Onlar Birləşmiş Ştatlar prezidentinə qarşı əcinnə ovuna çıxıblar. Ədliyyə Departamentinin işindən çox məyusam”, – Tramp aprelin 26-da Fox News-un səhər proqramına telefonla müsahibəsində deyib.

Tramp deyib ki, Ədliyyə Departamentinin işinə müdaxilə etməmək mövqeyini tutub, ancaq bu mövqeyi dəyişə də bilər.

“Bunun başa çatmasını gözləyəcəyəm. Bu, tamamilə yalanlardan ibarətdir və çox dəhşətli şey baş verir. Bir məqamda fikrimi dəyişə bilərəm, çünki baş verənlər biabırçılıqdır”, – o, sözlərinə əlavə edib.

Ağ ev bir neçə dəfə bildirib ki, Trampın Mülleri işdən çıxarmağa hüququ və səlahiyyəti çatır.

Respublikaçı və Demokratlar partiyalarından konqresmenlər isə Trumpa xəbərdarlıq ediblər ki, Müller-in işdən çıxarılması konstitusiya böhranı yaradar.

Tramp xüsusi prokuroru işdən çıxarmaqla hədələyir


Aprelin 26-da Senatın Ədliyyə Komitəsi Müller-i səbəbsiz vəzifədən kənarlaşdırılmaqdan qoruyacaq qanunu 14-7 səs çoxluğuyla qəbul edib. Komitənin aparıcı demokrat üzvü, senator Patrick Leahy tvitində yazıb ki, Tram-ın “bu səhər bəlağətli sözləri hüququn aliliyinə zərbə vurur”. Onun sözlərinə görə, Tramp Riçard Niksondan bəri Ədliyyə Departamentinin işinə istənilən prezidentdən artıq müdaxilə edib”.

Senat çoxluğunun lideri Mitç Makkonelin bu qanunvericiliyi Senatın tam müzakirəsinə çıxarılmasına icazə verib-verməyəcəyi bəlli deyil. Makkonelin fikrincə, Müllerə qoruma lazım deyil, çünki o, Trampın xüsusi prokuroru işdən çıxaracağına inanmır.

Baş prokuror Ceff Şessns da aprelin 26-da Trampın giley-güzəranı dəstəkləyib. Vaxtilə prezident onu özünü Rusiya istintaqından kənara çəkdiyinə görə tənqid edirdi.

“Prezident narahatdır. O, hər gün Fransa, Şimali Koreya, Suriya, vergilər, sərhədin nizamlanması, cinayətkarlığın yoluna qoyulması ilə məşğuldur. Mən də bu işin bitməsini arzulayıram. Onun məyusluğunu, Amerika xalqının məyusluğunu anlayıram”, – senator deyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *