Xüsusi prokuror düyməyə basdı: bu gün Trampın yaxın adamlarının həbsi gözlənilir » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Xüsusi prokuror düyməyə basdı: bu gün Trampın yaxın adamlarının həbsi gözlənilir

Xüsusi prokuror düyməyə basdı: bu gün Trampın yaxın adamlarının həbsi gözlənilir

ABŞ-da Rusiyanın prezident seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller şübhəlilərdən ilk qrupuna qarşı rəsmi ittiham irəli sürüb. Virtualaz.org xəbər verir ki, bu xbər ötən həftə sonu mətbuata sızdırılıb. Lakin kimlərə qarşı ittiham irəli sürüldüyü məlum deyil, gözlənilir ki, həmin ittihamlar əsasında prezident Donald Trampın yaxın ətrafında bu gün ilk həbslər aparılacaq.

"The Guardian" yazır ki, xüsusi prokuror Robert Müllerin Rusiyanın ABŞ seçkisinə müdaxiləsi ilə bağlı ilk həbs orderlərini imzaladığı barədə yayılan xəbərlərin ardınca Donald Tramp qəzəb püskürən tvit hücumuna başlayıb. O yazıb ki, Müller "mövcud olmayan Tramp-Rusiya sövdələşməsi məsələsini" araşdırır.

Prezident bunun əvəzində diqqətin Hillari Klintonla bağlı qalmaqalların üzərində cəmləşməsini istəyir və "nə isə edin" yazır.

Tramp özünün son tənqidləri ilə Müllerin qərəzsizliyinə şübhə yaratmağa çalışıb. Bu arada Nyu Cersi ştatının qubernatoru Kris Kristi ABC kanalına verdiyi müsahibədə deyib ki, Rusiyanın ABŞ seçkisinə müdaxiləsini araşdıran böyük andlılar heyətinin qərarları məxfi qalmalıydı.

Xüsusi prokuror düyməyə basdı: bu gün Trampın yaxın adamlarının həbsi gözlənilir


Kristi və Tramp öz qəzəblərini Müllerin üzərinə yağdırdığı bir vaxtda xüsusi prokurorun sanksiyası ilə ilk həbslərin həyata keçirləcəyi gözlənir.

CNN, Reuters və Wall Street Journal yazırlar ki, xüsisi prokurorun göstərişi ilə elə bu bazar ertəsi bir və ya daha çox həbs ola bilər.

Tramp həbs sanskiyalarının üstünü vurmadan qəzəbli tvitlər yazıb. O bəyan edib ki, "indiyədək görünməmiş qəzəb və həmrəylik nümayiş etdirən respublikaçılar Hillari Klinton məsələsinin araşdırılmamasından narahatdırlar".

Prezidentin tvitində deyilir ki, "Rusiya və uran sazişi, 33 min silinmiş e-mail və Ceyms Komi məsələsi araşdırılmalıdır".

"Əvəzində onlar mövcud olmayan saxta Tramp-Rusiya məsələsini araşdırırlar. Demokratlar bu dəhşətli (və ölkəmiz üçün çox ziyanlı) əcinnə ovundan şər siyasəti üçün istifadə edirlər. Demokratların və Klintonun o qədər günahı var ki… Amma respublikaçılar misilsiz bir qəzəblə buna qarşı çıxırlar".

O bu bəyanatının sonunda bildirir ki, "bütün bu Rusiya söz-söhbəti" respublikaçıların "tarixi vergi ixtisarları və islahatları həyata keçirmək istədikləri vaxt baş verir".

Xüsusi prokuror düyməyə basdı: bu gün Trampın yaxın adamlarının həbsi gözlənilir


Mümkün həbslər barədə xəbərlərin bir neçə mediada yayılmasından sonra davakar Kris Kristi Müllerin komandasını "cinayətkar xəbər sızdırmasına" görə ittiham edib.

O, CBS-in “Face the Nation” proqramına deyib ki, bütün araşdırma məxfi olmalı idi. Kristi bildirib ki, böyük andlılar heyətinə aid məlumatın məxfilyini tələb edən qanunlar var və bu xəbərlərin CNN-ə sızdırılması cinayət sayıla bilər.

Habelə ABC-nin “This Week” proqramında çıxış edən Kristi ümid etdiyini bildirib ki, bu sızmaların Müllerin komandasından qaynaqlanmadığına ümid etmək istərdi. O bildirib ki, bir keçmiş prokuror kimi belə sızdırmalara görə cinayət məsuliyyətinin daşındığını yaxşı bilir.

Müller tərəfindən barələrində cinayət işi qaldırılanalrın adları bazar günü sirr olaraq qalırdı, amma bəzi mənbələr söhbətin nisbətən "xırda fiqurlardan" getdiyini bildirirdilər.

Rusiyanın 2016-cı ilin ABŞ seçkisinə müdaxiləsi məsələsi Trampın prezdentliyinə lap əvvəldən kölgə salıb. Yanvar ayında ABŞ kəşfiyyat orqanları bildirmişdilər ki, Rusiya Trampın Klinton üzərində qələbəsini təmin etməkdən ötrü sosial mediada təbliğat kampaniyası aparıb.

Xüsusi prokuror Müller Trampın seçki kampaniyası komandasının Rusiya ilə mümkün sövdələşməsini araşdırır. Bəzi xəbərlərə görə Müllerin araşdırdığı məsələlər arasında həm də çirkli pulların yuyulması və vergidən yayınma da var.

Bu arada Trampın düşərgəsində olan respublikaçılar xüsusi prokurorun istefasına çağırıblar. Lakin Müllerin vəzifəsindən kənarlaşdırılması Konqresdə prezidentə qarşı hərəkətlərin başlanmasına səbəb ola bilər.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *