Bakı qəsəbələrinin marşrut dərdi: lap Keniyadakı kimi... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Bakı qəsəbələrinin marşrut dərdi: lap Keniyadakı kimi...

Bakı qəsəbələrinin marşrut dərdi: lap Keniyadakı kimi...

Bakının Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində, habelə Suraxanı rayonu, Bül-Bülə qəsəbəsinin S.Əliyev küçəsində, “Şuşa” qaçqınlar şəhərciyində və ətraf massivlərdə yaşayan sakinlər hər gün 214 saylı marşrutda işləyən avtobusların qapılarından sallanaraq işə gedirlər. Bu mənzərə axşam saatlarında da təkrarlanır. Xüsusən də, günün pik saatlarında sürücülər sərnişinlərin həyatını təhlükəyə ataraq avtobusu qapıları açıq şəkildə idarə edirlər. Bu qəsəbəyə gələn yeganə marşrut olduğundan yüz minlərlə əhalisi olan qəsəbə sakinlərinə azlıq edir.

Ötən gün sakinlərdən biri bu acınacaqlı mənzərəni çəkərək “Xəzər Xəbər”ə göndərib. Telekanal görüntülər əsasında reportaj hazırlayıb və sakinlər danışıblar ki, illərdir bu vəziyyət hökm sürür. Xüsusən 316 saylı orta məktəbin yüzlərlə şagirdi hər gün dərsə gedib-gəlmək üçün bu marşrutdan istifadə etməyə məcburdur. Və onların ağzına qədər dolu avtobuslara minib-düşməsi əsl əzabdır, təhlükədir. Hər gün avtobusa minə bilmədiklərinə görə məktəblilərin bir qismi ikinci dərsə güclə gəlib çatır.

Bakı qəsəbələrinin marşrut dərdi: lap Keniyadakı kimi...


Sürücülərin ağzına qədər sərnişinlə dolu avtobusları qapıları açıq vəziyyətdə sürməsi, sınıq-salxaq avtobuslar, dayanacaqlarda bəzən 1 saat avtobus gözləyən sərnişinlər Bakıətrafı qəsəbələr üçün adi mənzərədir.

“Camaat bir-birinin üstündə evinə gedir. Biz də istəyirik ki, normal vəziyyətdə, rahat şəkildə evimizə gedək. Bu avtobus həmişə dolu olur, heç vaxt boş olduğunu görməmişik. Ona görə də çox vaxt dayanacaqlarda saxlamır. İstəyimiz odur ki, bu qəsəbəyə əlavə iki marşrut verilsin”, - deyə Yeni Ramanı sakinlər bildirirlər.

Bakı qəsəbələrinin marşrut dərdi: lap Keniyadakı kimi...


Bəzi saytlarda yer alan məlumatlara görə 214 saylı marşrutun sahibi keçmiş nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu və həmkəndlisi İradə adlı qadındır. Və o, marşrut xəttini inhisarda saxlayır və bundan illərdir insanlar əziyyət çəkir. Hansı ki, bu qəsəbələrdə yaşayan əhalinin sayını nəzərə alaraq çoxdan əlavə marşrut xətləri açılmalıydı. Əslində Bakıda sərnişindaşımada hökm sürən xaos, bu sahənin faktiki olaraq kriminallaşması Ziya Məmmədovun nazir işlədiyi dövrlərdən miras qalıb. Bakıda sərnişindaşıma ilə məşğul olan əsas şirkətlərdən biri hələ də onun ailə üzvlərinə məxsusdur. Başqa sözlə, Ziya Məmmədov vəzifədən getsə də irsi hələ yaşayır.

Bakı qəsəbələrinin marşrut dərdi: lap Keniyadakı kimi...


Bu sahədə xaosu aradan qaldırmaq üçün yaradılan Bakı Nəqliyyat Agentliyi isə belə görünür ki, xüsusən Bakıətrafı qəsəbələrə sərnişindaşımada vəziyyəti dəyişdirməkdə hələ acizdir.

214 saylı marşrutda hökm sürən vəziyyətlə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Bakıətrafı qəsəbələrə sərnişin daşıyan avtobusların sayının azlığı, marşrutların yetərsizliyi, avtobusların texniki vəziyyəti ilə bağlı, həm də sürücülərin qeyri-peşəkarlığı ilə bağlı ciddi problemlərin olduğunu deyir. Onun sözlərinə görə, hazırda bu problmlərin həlli üçün iş aparılır.

“Sahibkarla danışmışıq. Gün ərzində 214 nömrəli marşrut xətti üzrə 20-ə yaxın nəqliyyat vasitəsi fəaliyyət göstərir. Daşıyıcının verdiyi məlumata görə, məktəb şagirdlərinin rahat daşınması üçün hər gün səhər və axşam saatlarında, həmçinin dərs növbəsi dəyişən vaxt Şuşa şəhərciyi ilə məktəb arasında əlavə avtobuslar da xəttə buraxılır. Biz bilirik ki, Bakıətrafı kənd və qəsəbələrə işləyən marşrutların 50 faizdən çoxu təmir olunmalıdır, hətta dəyişdirilməlidir. Avtobus bazasının yenilənməsi isə bir-iki günün işi deyil. Bu istiqamətdə müxtəlif variantlar üzərində iş aparılır.

Bakı qəsəbələrinin marşrut dərdi: lap Keniyadakı kimi...


Bu il ərzində 300-350 nəqliyyat vasitəsinin alınıb gətirilməsi nəzərdə tutulub. Bu barədə prezidentin birinci rübün yekunlarına dair çıxışında da bu barədə qeyd etmişdi. Nəqliyyat vasitələri alınıb gətiriləndə ilk növbədə problemli xətlərdə avtobuslar yenilənəcək və oradakı sürücülər dəyişdiriləcək”-Mais Ağayev deyib.

Hələlik isə Bakıətrafı qəsəbələrin, o cümlədən Yeni Ramanı qəsəbəsinin sakinlərinin hər gün üzləşdiyi vəziyyət Konqo, Mərkəzi Afrika Respublikası, Keniya, Zambiya kimi Afrika ölkələrini xatırladır. İnternet mənbələrindən bu ölkələrdə marşrut avtobuslarının sərnişinləri necə daşıdığına dair bir neçə fotonu da təqdim edirik ki, oxucular müqayisə apara bilsinlər.
Bakı qəsəbələrinin marşrut dərdi: lap Keniyadakı kimi...

Banqladeş
Bakı qəsəbələrinin marşrut dərdi: lap Keniyadakı kimi...

Konqo
Bakı qəsəbələrinin marşrut dərdi: lap Keniyadakı kimi...

Mərkəzi Afrika Respublikası
Bakı qəsəbələrinin marşrut dərdi: lap Keniyadakı kimi...

Keniya
Bakı qəsəbələrinin marşrut dərdi: lap Keniyadakı kimi...

Qana respublikası

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *