Sumqayıtda 25 nömrəli marşrut xətti niyə bağlandı? » AzNews.info -Xəbər portalı

Bölmə: Rəsmi, Sosial, Video

Sumqayıtda 25 nömrəli marşrut xətti niyə bağlandı? – RƏSMİ AÇIQLAMA – VİDEO

Sumqayıtda 25 nömrəli marşrut xətti niyə bağlandı?

Sumqayıtda daha bir marşrut xətti ləğv edilib.

Xeberle.com-un məlumatına görə, yanvarın 8-dən 25 nömrəli marşrut xəttinin fəaliyyəti dayandırılıb. Bu isə həmin marşrut avtobuslarının xidmətlərindən istifadə edən sərnişinlərin narahatlığına səbəb olub.
Sərnişinlər Xeberle.com-a bildiriblər ki, əvvəlcədən xəbərdarlıq edilmədən xəttin bağlanması insanların mənzil başına çatmasında problemlər yaradıb: "25 nömrəli avtobusun yolunun bir çox məktəblərdən keçməsi səbəbindən məktəblilər də yollarda qalıblar. Bundan başqa Sumqayıt Dəmiryolu vağzalına gedən avtobusların azlığı da gecə saatlarında problem yaradıb. Vağzaldan gün ərzində yüzlərlə insan istifadə edir. 25 nömrəli avtobusun bağlanması nəticəsində insanlar 10A nömrəli marşrutda sıxlıqla qarşılaşıblar.

Bəs görəsən 25 nömrəli marşrut xətti niyə bağlanıb?
Sumqayıtda 25 nömrəli marşrut xətti niyə bağlandı?


Elə bu sualımıza cavab tapmaq üçün "Sumqayıt Nəqliyyat" MMC-nin direktoru Xannı Rüstəmovla əlaqə saxladıq. X.Rüstəmov bildirdi ki, Sumqayıtda nəqliyyat sistemi yenidən qurulur və 25 nömrəli avtobus xəttinin ləğv edilməsi də aparılan islahatlarla bağlıdır: "İctimai nəqliyyatda əvvəllər marşrut xətləri sahibkarlar tərəfindən müəyyən edilirdi. Bu səbəbdən də marşrut xətti sahibkarların istəyinə uyğun olaraq formalaşdırılırdı. Bildiyiniz kimi, Sumqayıt şəhərində Nəqliyyat İdarəsi yaradılıb. Nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni marşrut xətlərinin yaradılması və sistemli şəkildə işləməsi üçün bir çox iş görülür. Bununla əlaqədar bəzi marşrut xətləri təxirə salınıb, bəziləri ləğv edilib, bir qismi isə digərləri ilə əvəzlənib. Hazırda müəyyən problemlərə görə Sumqayıt şəhər Dəmiryolu vağzalı ərazisinə marşrut avtobusları daxil ola bilmir. Bu məsələ diqqətimizdədir və gələcəkdə insanların ora rahat gedib gəlməsi üçün işlər görüləcək”. Xannı Rüstəmov onu da qeyd edib ki, 25 nömrəli avtobus mikrorayonların daxili ilə hərəkət edirdi bu isə qaydalara uyğun deyil. Sərnişinlər digər alternativ marşrutlardan istifadə edə bilərlər. Vağzal ərazisinə getmək istəyənlər 10A və 39 nömrəli marşrut avtobuslarının xidmətlərindən yararlanaraq mənzil başına çata bilərlər.

Mənbə: Xeberle.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 10 yanvar 2018 05:41
  • Yazan: baby
Ideal to be worn both as an office- and a leisurewear, the replica watches sale is not the sort that needs to be babied and brought out only on special occasions; it is the kind that replica watches keeps you confident even when you want to sport a classic style amidst remaining busy and active. It is comparatively lower on battery breitling replica sale consumption, with large intervals between the battery-replacement schedules. This fake rolex sale indicates a new outlook that gets into the existing mix and creates a classically-styled sports rolex replica sale that does what it is best at. A watch that fits the purpose with replica watches sale its particular design-DNA despite being an entry-level option, it is enough to keep even the mechanical purists turning up their noses at it.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *