Bakıda bu avtobusda hər gün ölüm kabusu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakıda bu avtobusda hər gün ölüm kabusu

Bakıda bu avtobusda hər gün ölüm kabusu

Bakı şəhərində ictimai nəqliyyatın problemləri uzun zamandır həlli gözləyən məsələlərdəndir. AZXEBER.COM xəbər verir ki, paytaxtda əhalinin çox istifadə etdiyi sərnişin daşıyan marşrutlardan sayılan 120 saylı marşrutda xəttə buraxılan avtobuslar qəzalı vəziyyətdədir. Bu nəqliyyat vasitələrinin xəttə istifadəyə buraxılmadan öncə texniki baxışdan keçdiyi böyük sual doğurur. Çünki günlərdir apardığımız müşahidələrə əsasən qeyd edirik ki, 120 saylı marşrutda xəttə buraxılan nəqliyyat vasitələrinin ciddi texniki problemləri var.

Bu xəttə buraxılan bütün avtobuslar demək olar ki, qəzalı vəziyyətdədir. 120 saylı marşrutda çalışan avtobuslardan istifadə edən paytaxt sakinləri hər gün evlərinə həyəcan dolu anlar yaşayaraq getməli olurlar. Avtobuslara 10-12 sərnişin mindikdən sonra nəqliyyat vasitələri tarazlığını itirir və sağ tərəfə əyilmiş vəziyyətdə xətdə hərəkət edir. Yaranmış bu vəziyyət 120 saylı marşrutdan hər gün istifadə edən paytaxt sakinlərini də ciddi narahat edir və mənzil başına yetişmək üçün bu avtobuslardan istifadə edən vətəndaşlarla sürücülər arasında dəfələrlə bununla bağlı qalmaqallar baş verir. Artıq günlərdir davam edən bu hala təəssüflə qeyd edirik ki, aidiyyəti qurumlar göz yumurlar. Sanki qəzaların baş verməsini və insan ölümlərini gözləyirlər.

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *