204 nömrəli avtobuslar hər gün insanları ölümə aparır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

204 nömrəli avtobuslar hər gün insanları ölümə aparır - VİDEOLAR

204 nömrəli avtobuslar hər gün insanları ölümə aparır

AZNEWS.INFO virtualaz.org-a istinadən xəbər verir ki, avtobus sürücülərinin sərnişinlərlə kobud davranması, avtobusların qapılarının açıq şəkildə idarə olunması, sərnişinlərin həyatının riskə atılması kimi hallar da tez-tez gündəmə gəlir. Nəqliyyat Nazirliyi şəhər nəqliyyatında heç cür qayda-qanun yarada bilmir və vaxtaşırı olaraq hansısa ağır qəzadan sonra keçirilən reydlərə baxmayaraq çox keçmədən bu sahədə hər şey yenidən əvvəlki axarına dönür.

Paytaxtın sərnişin nəqliyyatındakı özbaşınalıqlar və kobud qayda-qanun pozuntuları sərnişinləri o qədər bezdirib ki, indi onlar özləri bu problemlə mübarizəyə başlayıblar. Hələlik sosial şəbəkələr üzərindən.

Belə ki, sadaladığımız problemlərdən əziyyət çəkənlər arasında meetronun Koroğlu stansiyasından Ramanı kəndinə işləyən 204 nömrəli marşurutun sərnişinləri də var. Bu sərnişinlərin bir qrupu hər gün üzləşdikləri problemləri gündəmdə saxlamaq, ictimaiyyətlə paylaşmaq üçün sosial şəbəkədə bir araya gəliblər.

Onlar facebookda yaratdıqları “204 sərgüzəştləri” səhifəsində bu marşrutda işləyən avtobuslardan istifadə edərkən qarşılaşdıqları problemləri lentə alaraq paylaşırlar.

Məsələn, videolardan birində 204 saylı marşrutda işləyən avtobusu hansısa dəryada qərq olan görürük. Ancaq tələsməyin, kadrlarda gördüyünüz Xəzər dənizi, yaxud hansısa göl deyil, Sabunçu vağzalının qarşısıdır. Güclü yağışlardan sonra Sabunçu vağzalının qarşısı əsl gölə, dəryaya çevrilir və belə görünür ki, həmin günlərdə Ramanının palçıqlı yollarından keçərək “Koroğlu” metrosuna doğru hərəkət edən 204 nömrəli marşrutun avtobusları bu göldən “moyka” kimi də istifadə edirlər.

Sərnişinlərin paylaşdıqları digər fotoda isə 204 saylı marşrutda işləyən avtobusun tam yolsuzluq şəraitində, öz ekstremallığına görə Paris-Dakar avtorallisinin marşrutunu xatırladan yerlə necə əzabla irəlilədiyinin şahidi oluruq.

Səhifədə yer alan başqa görüntüdə isə 204 saylı marşrutda işləyən avtobus metronun Koroğlu stansiyasından üzü Sabunçuya tərəf şosse yolda, ağzınadək sərnişinlə dolu vəziyyətdə və qapıları açıq şütüyür. Sərnişinlər qapılardan sallanıblar, onların arasında hətta pəncərədən sallanan da var.


Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *