Bakıda bağlanan avtobuslar SİYAHI » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakıda bağlanan avtobuslar SİYAHI

Bakıda bağlanan avtobuslar SİYAHI


Bakıda sərnişindaşımada optimallığın qaldırılması və xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində bəzi avtobus xətləri bağlanıb, bəzilərinin isə hərəkət istiqaməti dəyişdirilib.

Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov ANS PRESS-ə açıqlamasında bildirib. Onun sözlərnə görə, 3 qapılı iri tutumlu avtobusların bəziləri isə xidmətdən yığışdırılıb.

Xidmətdən yığışdırılan və hərəkət istiqaməti dəyişdirilən avtobusların siyahısını təqdim edirik:

14 marşrut 24 saylı xətt avtobusu ilə əvəz olunub.

20, 188, 53 saylı avtobuslar ümumiyyətlə ləğv edilib.

90 saylı avtobus 83 saylı avtobusla ləğv edilib.

86 saylı avtobus 29 saylı marşrutla əvəz olunub.

120 saylı avtobusda maşınlar təzələnib.

124 sayl avtobus 20-ci sahəyə qədər uzadılıb.

193 saylı marşrut şəhərin mərkəzindən çıxarılıb.

70 saylı avtobusun istiqaməti dəyişdirilib.

95 saylı marşrut xəttinin hərəkət istiqaməti “Xətai” metrosuna qədər qısaldılıb.

Namiq Həsənovun onu da bildirib ki, sərnişinnəqliyyatda təkmilləşdirmə işlərilə bağlı paralel hərəkət edən avtobuslar çıxarılıb. Onun sözlərinə görə, yaxın günlərdə Beynəlxalq Avtovağzal istiqamətində hərəkətdə olan avtobusların hərəkətində müəyyən dəyişdirilməsi aparılacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *