Avtobusların yolu qısaldılır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto, Video

Avtobusların yolu qısaldılır – VİDEO

Avtobusların yolu qısaldılır


İlin sonuna qədər paytaxtda bir sıra avtobusların marşrut xətlərinin qısaldılması başa çatdırılacaq. Bu Bakı kəndlərindən gələn avtobuslara da şamil olunacaq.

ANS TV-nin məlumatına görə, bunu Dövlət Avtomobil Nəqliyyati Xidməti və Bakı Sərnişin Nəqliyyat İdarəsindən bildiriblər. Bu marşrut xəttlərinin son dayanacağı kimi istiqamətdə olan ilk metrostansiya müyyən edilib. Yolunu davam etmək istəyən vətəndaşlar isə son dayanacaqda avtobusdan düşüb, metrodan istfadə etməli olacaqlar.

Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəsmisi Əmrah Cəfərov avtovağzalın yanında yeni metro tikildiyini dedi.

“Metronun açılışı olandan sonra "20 Yanvar" istiqamətində gələn bütün marşutlar üçün avtobus dayanacağı ora olacaq. İndi 20 Yanvarda hərəkət etmək mümkün deyil. İstər piyadalar üçün, istərsədə avtobuslar üçün nə qədər tixac olur. Amma bundan sonra hamı metro ilə "20 Yanvara" gedəcəklər.”

Həmçinin Bakı kəndlərindən gələn bir neçə avtobusun marşrut xətləri də qısaldılacaq. "Nəriman Nərmanov", "Gənclik" və "28 May" metrostansiyaları istiqamətində indi hərəkət edən avtobusların son dayanacağı "Azadlıq metrosu" müəyyən edilib. Bir sıra marşut xəttləri isə ümumiyyətlə ləğv ediləcək.

Ekspertlərin fikrincə bu addım tıxac problemini bir qədər azalda bilər. Çünki tıxacın yaranması səbəblərindən biridə bir xətt üzrə bir neçə marşutların hərəkətdə olmasıdır.

Ümumiyyətlə Nəqliyyat Nazirliyinin son dövrlər atdığı atdımlar nəticəsində Bakıda həm marşrut xətlərinin, həm də avtobusların sayı yarıbayarı azaldılıb. Məsələn bir neçə il bundan əvvəl 4000 minə yaxın avtobus işləyirdisə hal hazırda bu nəqliyyat vasitələrinin sayı 2200 qədər azaldılıb. 300-dən yuxarı olan marşrut xətlərinin sayı isə 150 endirilib.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *