Prezident və inqilab haqqı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Prezident və inqilab haqqı

Prezident və inqilab haqqı

İlham Əliyevin andiçmə mərasiminə sayılı saatlar qalarkən Ermənistanın sabiq prezidenti Serj Sarkisyan yenə qandan danışdı. Qan böyük işdir: bunu əlləri qana bulaşmış, prezidentin başına tapança dirəmiş, sonra baş naziri güllələmiş, xalqın qanı üzərində prezident kreslosuna oturmuş və bu qanlı dalğada parlament respublikası elan edərək, baş nazir postunu işğal edən səhra komandiri pıçıldayır. Onu qan izləyir. Bütün omrü boyu. Bulqakovun qəhrəmanıtək pıçıldayır ki, qan çoxdan torpağa qarışıb axı... “Bir vaxtlar onun axdığı yerdə artıq üzüm tənəkləri böyüyür”.

Prezident və inqilab haqqı
Sarkisyana qarşı etiraz edən on minlər

Uzun Filipp demişkən, insanların qanını unut və yenidən kral ol.

Dünən Bakıda və Yerevanda atəş səsləri eşidilirdi. Bakıda bayram atəşfəşanlığına hazırlaşırdılar – top yaylım atəşi insanların sevinc hayqırtıları və bayram şadyanalığına qarışır, Yerevanda isə tüfəng səsləri barrikadalar quran nümayişçilərin səslərinə qarışır.

Bakıda və Yerevanda tamam fərqli ab-hava hökm sürür. Siyasət yenidən müasir taleyə çevrilib. İlham Əliyev xalqını aldatmayıb, yalançı vədlər verməyib, sona qədər səmimi olub və dövlət başçısının seçimində məhdudiyyətləri aradan qaldıran xüsusi idarəçilik modeli təklif edib. Sarkisyan isə min bir hoqqadan çıxaraq, hakimiyyətin işğalı və bəsit tandemokratiya niyyətini respublikaçı parlamentarizm altında gizlədib, açıq-açıq vəd edib ki, mütləq hakimiyyətdən gedəcək, nə prezident, nə də baş nazir postunu tutacaq.

İlham Əliyev öz xalqı ilə səmimi idi. Sarkisyan yalan deyir, milyonların ümidlərini aldadaraq, ikiüzlü bəyanatlar verirdi.

Prezident və inqilab haqqı
Bakıda İlham Əliyevi dəstəkləyən on minlər

İlham Əliyev xalqa seçim haqqı, öz əleyhdarlarına isə etiraz və inqilab haqqı verdi. Azərbaycan müxalifəti isə barışmaz, rəngarəng milli-inqilabi qüvvə timsalında xalqı müqavimətə çağırdı. Bakının düz mərkəzində xalqı intifadaya çağıran Əli Kərimli və tərəfdarlarına hakimiyyət tərəfindən inqilab haqqı təqdim edildi. Lakin sözdə barrikadalara həyasız şüarlarla bir ovuc düşkün yalquzaq çıxdı. Seçki və inqilab haqqına malik xalq müxalifətin dalınca getmədi. Xalq prezidentə tərəf getdi. On minlərlə sadə azərbaycanlı Əliyev hakimiyyətinin mərkəzi simvolu olan Heydər Əliyev Mərkəzinin yaxınlığında spontan mitinqə qoşuldu və yeni seçilmiş köhnə prezidentinə dəstək nümayiş etdirdi.

Prezident və inqilab haqqı
Heydər Əliyev Mərkəzinin qarşısındakı spontan mitinq aydın səmada şimşək kimi

Qədim yunan demokratiyasından bəri siyasət elmi ictimai etimadı başlıca elmi kateqoriya kimi qəbul edir. İlham Əliyev xalqın etimadını qazandı, müxalifəti isə ilğımvari virtual dünyaya gömdülər.

Çox dərinə getmədən etiraf edək: bu tərəfdə mədəniyyətdir (siyasi mədəniyyət!), o tərəfdə pərəstiş (şəxsiyyətə və silaha). Bu tərəfdə tapınmaqdır, o tərəfdə xidmət.

Ermənistanda hakimiyyət anlamayıb ki, absurd səviyyəsinə çatdırılmış mühafizə düşüncəsi özündə bir dağıdıcılıq ehtiva edir. Dekorativ Sarkisyanı nominal parlament divarları arasında prezident seçməklə həqiqi Sarkisyan – bu gülməli “cırtdanboylu Bonapart” katolikosun əlindən oyuncaq erməni tacını qaparaq özünü baş nazir elan etdi. Bu da parlament respublikası – formal olaraq düzgündür, əslində isə rişxənddir. Xalqın iradəsi üzərində rişxənd, çünki dünyada müştəbehlikdən çox cəlbedici siyasi oyun yoxdur! Ola bilsin ki, “Sasna Tsrer” üsyanı yatırıldıqdan sonra Paşinyan və onun “Yelk”dən olan tərəfdarları Sarkisyan hakimiyyəti tərəfindən olmazın dərəcədə nazik ictimai təbəqə kimi qəbul edilirdi. O dərəcədə nazik ki, onu nəzərə almamaq da olardı. Lakin radikal, məntiqdən uzaq, kor etiraz hərəkatı yenidən Yerevanın küçələrinə və meydanlarına axışdı. Xalq hakimiyyətə tərəf deyil, ona qarşı getdi. Yüzlərlə həbs edilən, onlarla yaralı var, hakimiyyətin zorla devrilməsi institutunun bütün atributlarına malik rəngli inqilab elan edilib...

Paradoksdur, lakin İlham ƏIiyevin xalqına sədaqət və xidmət andı içəcəyi həmin dəqiqələrdə Ermənistanda inqilabçı kütlələr dekorativ Sarkisyan hakimiyyətini devirmək üçün son hücuma keçəcəklər. Budur legitim və işğalçı hakimiyyətlərin fərqi. Xalq hakimiyyəti qəbul edirsə, o, sözsüz ki legitimdir. Elan edilmiş idarəçilik formasından və siyasi rejimlərin fərqindən asılı olmadan. Müasir siyasi şərtiliklər, ideologiyaların eyniliyi, siyasi quruculuğun və sistemlərin formalaşmasının yeni formalarının axtarışı dünyasında, sözsüz qəbul edilən həqiqətlərin tənəzzül etdiyi və oturuşmuş sosial-fəlsəfi dünyagörüşlərinin dağılması, tarixin postmodernist paradiqmaları dövründə idarəçilik formaları və dövlətçilik quruculuğu formaları haqqında təsəvvürlər də pozulub.

Prezident və inqilab haqqı
Bakıda müxalifətin mitinqi

Prezident və inqilab haqqı
Yerevanda müxalifətin mitinqi

Postmodern siyasi dərketmənin paradiqması kimi qalib gəlib! Əgər bu gün dünya demokratiyasının beşiyi sayılan ölkədə - Amerika Birləşmiş Ştatlarında hələ də dövlətə kimin – prezidentin, yaxud Konqresin rəhbərlik etməsi sualına cavab tapa bilmirlərsə, bu sualın cavabı yalnız sərf edən, yaxud sərf etməyən prezidentin şəxsiyyəti ilə bağlıdırsa, hansı oturuşmuş baxışlardan danışmaq olar?! Trampdırsa, onun hakimiyyəti Konqres tərəfindən məhdudlaşdırılır, fəqət Obamadırsa, dövlətin birinci skripkası icra hakimiyyətinin başçısıdır. Vaşinqtonun özündə belə Ruzvelt dövrlərinə qayıtmaq və prezidentin dalbadal dörd dəfə seçilmək imkanından bəhs olunur. Başqa sözlə, hakimiyyət quruculuğunun növü, xüsusiyyəti, xarakteri hazırda ikinci dərəcəli məsələdir. Siyasətin şəxsiləşdirilməsi əsrində legitimlik xalq etimadı və seçim azadlığı ilə müəyyən olunur. İnqilab haqqı isə siyasi azadlıqlar barədə müasir qərb təsəvvüründə məhz xalqa təqdim edilmiş və hakimiyyətin legitimliyini şərtləndirən seçim haqqıdır. Müasir dünyanın məntiqi budur: azadlıq məhdudda ola bilməz, o sonsuzdadur.

Azərbaycanlılar inqilab haqqını rədd etdilər və hakimiyyətə tərəf getdilər. Azərbaycanın inqilab komitəsi aciz tənhalıqdadır. Ermənistanda on minlərlə insan inqilab haqqından istifadə edərək, demokratik parlamentarizm pərdəsi altında baş nazir postunu zəbt etmiş prezidentin timsalında hakimiyyətlə mübarizə üçün küçələrə axışdı. Azərbaycanı xalqı hara qaçdığını görmək istəməyən, “miatsum və Qarabağ”la yolunu azmış toplumun gözünü ya “Sasna Tsrer”, ya da Paşinyanla qapayaraq uçuruma doğru irəliləyən Ermənistandan bax bu gözəl seçilən sərhəd ayırır...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *