ABŞ-dan XAİN PLAN - Üç ölkə Türkiyə ilə SAVAŞA GÖNDƏRİLİR
ABŞ hökuməti Suriyada işğal altında saxladığı Fərat çayının şərqindəki bölgədə BƏƏ və Səudiyyə Ərəbistanının maddi dəstək verəcəyi bir ordu yerləşdirmək niyyətindədir. Plana görə, Misir ordusu da bu orduya dəstək verəcək.
Publika.az xəbər verir ki, Suriyadakı əsgərlərini geri çəkəcəyini açıqlayan ABŞ-ın bu qərarının arxasında yatan gizli planları bir-bir gün üzünə çıxır. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) fevral ayında Konqresə təklif etdiyi 2019-cu il büdcə planında PKK/PYD terror təşkilatı üçün tələb etdiyi 300 milyon dollarlıq yardım tələbinin detallarının bilinməsindən sonra ABŞ-ın Şərqdə yeni ordu quracağı məlum olub.
Əlavə dəstək
“Wall Street Journal” qəzeti ABŞ-ın Suriyada İŞİD-lə mübarizənin sona çatmasından sonra ölkənin şimal-qərbində (Türkiyə sərhədində -red.) ərəblərdən ibarət bir birlik qurmağı planlaşdırdığını yazıb. Xəbərə görə, Vaşinqton bəzi ərəb ölkələrindən əsgər göndərmələrini tələb etməyə hazırlaşır.
İlkin danışıqlar
ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsləhətçisi Con Bolton artıq həmin ölkələrlə danışıqlara başlayıb. Bolton ilk olaraq Misir kəşfiyyat direktorunun vəkili Abbas Kamil ilə görüşüb və ikili Misirin Suriyada yeni bir ərəb qüvvəsi yaratmağa kömək etmək ehtimallarını müzakirə edib.
Səudiyyə Ərəbistanının xüsusi yardımı
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cübeyr isə təklifin gəlməsi təqdirində, irmiqyaslı bir koalisiya çərçivəsində Suriyaya əsgər göndərməyə hazır olduqlarını bildirib. Daha öncə bu təklifi Barak Obama hökumətinə göndərdiyini qeyd edən nazir İslami Hərbi Terrorla Mübarizə Koalisiyasından Suriyaya əsgər göndərməyi düşündüklərini vurğulayıb.
Lakin Suriyaya əsgər göndərən ərəb ölkələri ABŞ-ın bölgədə müəyyən qədər qüvvəsinin qalmasını və havadan dəstək verməsini tələb edir.
Muzdlu əsgər
ABŞ-dan təklif alan bütün ərəb ölkələri muzdlu əsgər şirkəti “Blackwater”in qurucusu Erik Prinsə müraciət etməyə hazırlaşır. Prins bu həftə verdiyi açıqlamada bəzi səlahiyyətli şəxslərin Suriyada muzdlu əsgərlərdən ibarət bir ordu qurulması məqsədilə görüşlər keçirdiyini, ancaq Trampın nə edəcəyini görmək üçün gözlədiyini deyib.
Mənbə:> Publika.az