Tramp: Missiya yerinə yetirildi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

Tramp: Missiya yerinə yetirildi

Tramp: Missiya yerinə yetirildi


ABŞ prezidenti Donald Tramp ötən gecə Suriyaya ABŞ, Britaniya və Fransa tərəfindən endirilmiş raket zərbələrini şərh edib.

Oxu.Az xəbər verir ki, Tramp “missiyanın yerinə yetirildiyini” bildirərək, London və Parisə göstərdikləri dəstəyə görə təşəkkür edib.

“Ötən gecə zərbələr mükəmməl şəkildə yerinə yetirildi. Göstərdikləri fədakarlığa və silahlı qüvvələrinin qüdrətinə görə Fransaya və Birləşmiş Krallığa təşəkkür edirəm. Bundan yaxşı nəticə ola bilməzdi. Missiya yerinə yetirildi!”,- deyə Tramp “Twitter” hesabında yazıb.

Ağ Ev rəhbəri eyni zamanda ABŞ silahlı qüvvələri ilə qürur duyduğunu bildirib. Yaxın zamanda Birləşmiş Ştatlar ordusunun daha da güclənəcəyini vədd edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *