Tramp Rusiya ilə korlanan münasibətlərə görə Konqresə “təşəkkür edib”
ABŞ prezidenti Donald Tramp ölkəsinin Rusiya ilə münasibətlərinin mövcud vəziyyətdə olmasında Konqresi günahlandırıb.
Oxu.Az-ın rt.com-a istinadən verdiyi məlumata görə, bu barədə o, özünün “Twitter” hesabında yazıb.
“Rusiya ilə münasibətlərimiz bütün dövrlər ərzində çox təhlükəli səviyyədə aşağıdır. Siz buna görə Konqresə təşəkkür edə bilərsiz. Bu, həmin insanlardır ki, bizi səhiyyə sığortası ilə təmin edə bilməyib”.
Konqres Rusiya, Şimali Koreya və İrana qarşı yeni sanksiyalar paketini qəbul edib, D.Tramp isə imzalayandan sonra Rusiya-ABŞ münasibətləri kəskin pişləyib. Rusiya baş naziri Dmitri Medvedev ABŞ-ın Rusiyaya ticari müharibə elan etdiyini elan edib. D.Trampın səhiyyə ilə bağlı iradı konqresin sabiq prezident Barak Obamanın “Obamacare” kimi tanınan səhiyyə sisteminə dair qanunvericiliyini ləğv edə bilməməsi ilə bağlıdır.
Mənbə:> Oxu.Az