Tramp bu gecə kritik açıqlama verəcək
ABŞ prezidenti Donald Tramp bu gecə Bakı vaxtı ilə 00:00 radələrində ABŞ-ın milli təhlükəsizlik strategiyasını açıqlayacaq.
"Ölkə.Az" xəbər verir ki, prezident açıqlamasında Çini iqtisadi cəhətdən rəqib olaraq göstərəcək.
Xəbəri "BBC Turk" kanalı yayıb. "Reuters"in məlumatına əsasən, iqlim dəyişikliyi ABŞ-ın milli təhlükəsizlik təhdidləri siyahısından çıxarılacaq.
Yeni strategiyada ABŞ-ın rifah səviyyəsinin artırılması, güc üzərindən sülhün əldə edilməsi, ABŞ-ın təsirinin artırılması kimi hədəflər olacaq.
Qeyd edək ki, ötən ay Çinə səfər edən Tramp 250 milyard dollarlıq müqavilə imzalayıb.
Mənbə:> Ölkə.Az