Ziya Məmmədovun malikanəsində yanğın baş verdi
Ötən gecə İsmayıllı rayonun Buynuz kəndində keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsus malikanə yanıb. Əvvəlcə yayılan xəbərlərdə deyilirdi ki, hadisə gecə saat 4:00 radələrində rayonun Buynuz kəndində qeydə alınıb.
Qubaxəlilli kənd sakini, 1987-ci il təvəllüdlü Bədirov Rəsul Zöhrab oğluna məxsus ümumi sahəsi 144 kvadratmetr olan 3 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.
Hadisə zamanı ev içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Daha sonra yanan evin əsl sahibinin kimliyi açıqlanıb. Məlum olub ki, yanğın baş verən malikanə Ziya Məmmədova məxsusdur.
Belə ki, kənddə meşəlik və dağlıq ərazidə yerləşən, keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsus böyük həyətyanı sahədə inşa edilən evlərdən biri yanıb. Yanğın Ziya Məmmədovun villasının yanında taxtadan müasir üslubda inşa edilən 3 otaqlı, bir mərtəbəli mənzildə baş verib. (
Villanı mühafizə edən və həmin mənzildə yaşayan İsmayıllı rayonu Qubaxəlilli kənd sakini, 1987-ci il təvəllüdlü Bədirov Rəsul Zöhrab oğlu telefonla zəng edərək yanğın barədə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat verib.
Ümumi sahəsi 144 kvadratmetr olan mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə 2 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. Hadisə zamanı ev içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb.
Buynuz kəndi rayon mərkəzindən 25 kilometr aralıda yerləşdiyi və yanğın barədə FHN-nə gec məlumat verildiyi üçün alovun qarşısını almaq çətin olub. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Virtualaz.org