“Azərbaycan məktəbində deqradasiya Misir dövründən başladı…” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Təhsil

“Azərbaycan məktəbində deqradasiya Misir dövründən başladı…”

“Azərbaycan məktəbində deqradasiya Misir dövründən başladı…”

“Məktəblərin tərbiyə funksiyası arxa plana keçib. Müəllim dərs keçməklə işini başa çatmış hesab edir, şagirdin davranışı, tərbiyəsi onu maraqlandırmır. Azərbaycan məktəbində deqradasiya Misir Mərdanovun dövründə başladı və getdikcə dərinləşdi”.

Bunu Bakının elit məktəblərindən sayılan 132-134 saylı Təhsil Kompleksində 11-ci sinif şagirdinin 7-ci sinifdə oxuyan qıza qarşı seksual zorakılıq törətməsi qalmaqalını virtualaz.org saytına şərh edən nüfuzlu təhsil eksperti Etibar Əliyev deyib.

Ekspert xatırladıb ki, “qədim Misir dövründə” minlərlə saxta diplomlu müəllim məktəblərdə dərs deyirdi. Təhsil sahəsindən anlayışı olmayan istənilən adamı , hətta keçmiş kolxoz sədrini və ya briqadiri məktəb direktoru, təhsil şöbələrinə müdir təyin edə bilirdilər. Əlbətdə ki, rüşvətlə.

“Belə vəziyyətdə hansı sağlam məktəb mühitindən danışmaq olardı. Mən şahidiyəm, nazirliyin dəhlizlərində məktəb direktorları və təhsil şöbələri müdirlərinin əlindən tərpənmək olmurdu. Onların nazirlikdə nə işi vardı axı?”-Etibar Əliyev deyir.

“Azərbaycan məktəbində deqradasiya Misir dövründən başladı…”


Həmsöhbətimiz xatırladır ki, sonradan Mikayıl Cabarovun nazir işlədiyi dövrdə 3 mindən çox saxta diplomlu müəllim aşkarlanıb məktəblərdən kənarlaşdırıldı. Müəllimlərin işə qəbulu müsabiqə yoluyla həyata keçirildi, direktorlar da imtahan və müsabiqə yolu ilə vəzifəyə qəbul etməyə başladılar. Lakin ekspertə görə təhsil sistemində hələ də öz gücünü qoruyub saxlamış “köhnə komanda” bu islahatlara ciddi müqavimət göstərir, öz bildiyini edir.

“Bütün çətinliklərə baxmayaraq təhsil sistemində son illər islahatlar aparılıb, amma vəziyyətin yaxşılaşdırılmasına, təhsil sisteminin sağlamlaşdırılmasına müqavimət göstərənlər var”-E.Əliyev vurğulayıb.

Xatırladaq ki, 132-134 saylı Təhsil Kompleksində baş vermiş hadisə Azərbaycan məktəblərində son illər bu səpkidə qeydə alınan ilk rüsvayçılıq deyil. Xaçmazda məktəb direktorunun ibtidai sinif şagirdinə qarşı seksual xarakterli zorakılığa yol verməsi, direktorun müəlliməyə qarşı seksual qısnamaya əl atması, yaxud son günlər mətbuatda geniş müzakirə olunan hadisə-aktyor Rza Rzayevin məktəb direktorunu kabinetində təhqir etməsi və onu müəlliməyə qarşı seksual qısnamada günahlandırması belə hadisələrdəndir. Hərçənd aktyorun hücumuna məruz qalan direktor xeyli təmkinli davranıb və məsələ əlbəyaxa davaya çevrilməyib.

“Azərbaycan məktəbində deqradasiya Misir dövründən başladı…”


Etibar Əliyev deyir ki, bu insident cəmiyyətdə məktəb rəhbərliyinə olan etimadın, hörmətin azaldığını göstərir.

“Saytlarda bu insidentlə bağlı yayılmış videokadrlara baxmışam. Videodan görünürdü ki, həmin məktəbin direktoru xeyli təmkinli və ağıllı adamdır. Yeni nəsil məktəb direktorudur. Və kollektiv də ondan razılığını bildirdi. Lakin söhbət bütövlükdə məktəb direktorlarına olan münasibətdən gedir. Yerində olmayan bir çox məktəb direktorları müəllimlər və valideynlərlə əlbir olub məktəbdə bazar açmağa nail olublar. Məktəb direktorları haqqında bu cür təsəvvürlər illərdir ki, insanların şüuruna hakim kəsilib”-ekspert deyib.

E.Əliyev qeyd edir ki, məktəbdə mühiti dəyişmək üçün şagirdlərdən pul yığımına, dərsdən əlavə hazırlığa tamamilə son qoyulmalıdır, xüsusən məktəb direktorları arasında ciddi kadr islahatları aparılmalıdır. Təhsildən, pedaqogikadan uzaq olan adamlar məktəbdən kənarlaşdırılmalıdır. Müəllimlərə isə aşılanmalıdır ki, onun işi təkcə dərsi keçib ev tapşırıqları verməkdən ibarət deyil, həm də şagirdə tərbiyə öyrətməkdir.

“Azərbaycan məktəbində deqradasiya Misir dövründən başladı…”


Ekspert xüsusi vurğulayır ki, müəllim keçdiyi dərs saatlarında fənnin maksimal səviyyədə mənimsənilməsinə çalışmalıdır. Bu onlardan tələb olunmalıdır. Məktəblərdə pullu hazırlıqlar müəllimlərlə direktorlar arasında alver mühiti yaradır. Təhsil nizam-intizam və təlimi özündə ehtiva etməlidir.

“Çox təəssüflər olsun ki, bizim pedaqoji yönümlü ali məktəblər tərbiyə paradiqmasına diqqət yetirməyiblər. İndi bu istiqamətdə çatışmazlıqların aradan qaldırılması üçün müəyyən işlər görülür. Müəllim öz fənnini tədris etməklə yanaşı, həm də tərbiyəçi funksiyasını yerinə yetirməlidir. Məsələn, yapon təhsil sistemində “Göy qurşağı” adlanan islahat proqramının əsas xəttlərindən biri uşaqları zərərli informasiyalardan təcrid etməkdir”-E.Əliyev bildirir.

Ekspert deyir ki, uşaqların TV-lərdən və internetdən qaynaqlanan zərərli informasiyalardan qorunması üçün Azərbaycan heç bir iş aparılmır. Televiziyaların, internetin zərərli tərəfləri barədə uşaqlar maarifləndirilmir. O, əlavə edir ki, uşaqların korlanmasında internetə çıxışı olan smartfonların rolunun olduğu şübhəsisdir.

“Bu gün məktəblərdə yuxarı sinif şagirdləri ilə ciddi tərbiyəvi söhbətlər aparılmalıdır. Korlanmış və çətin tərbiyə olunan şagirdləri məktəbdən kənarlaşdırıb xüsusi rejimli təhsil müəssisəsinə keçirmək mexanizmi olmalıdır”-Etibar Əliyev bildirir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *