Xaçmazda 62 yaşlı məktəb direktoru 12 yaşlı şagirdə qarşı əxlaqsızlıq etdi – KƏND QARIŞDI
Azərbaycan məktəbində daha bir seksual zəmində cinayət hadisəsi baş verib. Bakıdakı 12 saylı xüsusi internat məktəbinin direktorunun müəlliməyə intim təklifi ilə bağlı qalmaqal səngiməmiş bu dəfə Xaçmaz rayonunun Arzu kəndində direktorun 12 yaşlı şagirdə qarşı seksual hərəkətlərə yol verdiyi üzə çıxıb. Bu haqda istipress.com saytı bildirir.
Məlumata görə Arzu kənd məktəbinin direktoru 62 yaşlı Gülfəz Alxasov 6-cı sinifdə oxuyan qızlardan birini kabinetinə çağırıb və onun dodağından öpüb. Bu hadisəni isə həmin an direktordan icazə almaq üçün onun kabinetinə gələn qadın işçilərdən biri görüb. Hadisədən xəbər tutan kənd sakinləri məktəbin qarşısına toplaşıb, direktorun cəzalandırılmasını, kənddən qovulmasını tələb edib. Məlumata görə kənddə bu gün də gərginlik davam edir, valideyinlər məktəbin qarşısına toplaşıb.
Xaçmaz İcra başçısının Hacıəlibəy İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi xəbəri təsdiqləyib. “Bəli, belə hadisə olub. Həmin məktəbli hadisəni evdə valideyinlərinə danışıb. Direktor isə deyilənləri təsdiqləmir. Dünən kənd sakinləri toplanaraq direktorun işdən azad edilməsini tələb ediblər. Hadisə ilə bağlı polis və Xaçmaz rayon Təhsil Şöbəsinə məlumat verilib”, -adının açıqlanmasını istəməyən icra nümayəndəsi virtualaz.org saytına deyib.
İcra nümayəndəsinin sözlərinə görə, şagirdin 12 yaşı var. O, baş verənləri valideynlərinə danışandan sonra kənd sakinləri məsələdən xəbər tutublar. “Direktor Arzu kənd sakini deyil. Hazırda baş verənlərlə bağlı araşdırma aparılır”-o deyib.
Xaçmaz rayon Təhsil Şöbəsindən də məlumatı təsdiq ediblər, araşdırma aparıldığını bildiriblər.
Hadisə ilə bağlı Xaçmaz polisindən şərh almaq mümkün olmayıb.
Mənbə:> İstipress.com