Binəqədidə ŞOK! Məktəbli qızlara əxlaqsız hərəkətlər edən direktorun əri...
Binəqədi rayonundakı Kərəm Mirzəyev adına Qubadlı rayon Xanlıq kənd 1 saylı tam orta məktəbinin direktoru Akifə Səmədova həyat yoldaşının döyülməsi faktı ilə bağlı özü zəng edib.
BiG.AZ xəbər verir ki, dünən hadisə ilə bağlı danışmaqdan imtina edən xanım direktor ərinin qızlara sataşmağa görə, yox, qiymət üstündə döyüldüyünü deyib: “Həyat yoldaşım sizin iddia etdiyiniz kimi qızlara sataşmayıb. Sadəcə olaraq, həmin qızın qiymətini kəsib. Ona görə də onun valideynləri belə bir hərəkət edib. Kimin günahkar olmasını polis araşdıracaq.
Məktəb direktoru onu da bildirib ki, hadisə Binəqədi rayon 6-cı polis bölməsində araşdırılır.
Xatırladaq ki, Akifə Səmədova dünən olayı gizlətməyə çalışsa da hadisəni ictimailəşdirməsindən sonra Təhsil Nazirliyi hərəkətə keçib.
Hadisəyə səbəb isə adıçəkilən təhsil ocağın direktor müavini Akif Səmədovun yuxarı sinif şagirdləri olan qızlara qarşı əxlaqsız hərəkətlər etməsi olub.
Mənbə:> Big.az