Almaniya ABŞ-ın qərarına qarşı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Almaniya ABŞ-ın qərarına qarşı – ABŞ-ın sanksiyalarına qarşı çıxdı

Almaniya ABŞ-ın qərarına qarşı

“Şimal axını-2” layihəsinin operatoru Almaniyanın ərazi sularında qaz kəmərinin tikintisi üçün icazə alıb.

RİA Novosti bildirir ki, bu barədə “Nord Stream 2 AG” şirkətinin saytında məlumat yerləşdirilib.

Qeyd olunub ki, qaz kəmərinin Lyubmin ərazisində quru hissəsinin çəkilməsinə müsbət rəy verilib.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillerson “Şimal axını 2” təbii qaz boru kəmərinə qarşı çıxıb. Bildirib ki, Rusiya və Almaniya arasında nəzərdə tutulan layihə Avropa üçün təhlükə yaradır.

Virtualaz.org xatırladır ki, 200 kilometr uzunluğundakı “Şimal axını 2” qaz kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql edəcək gücə malik olacaq. Almaniyanın “Wintershall”, Avstriyanın “OMV”, eləcə də “Dutch Shell” şirkətləri layihənin əsas tərəfdaşlarındandır.

“Şimal axını 2” (“Nord Stream 2”) təbii qaz boru kəməri layihəsi 2019-cu ilin sonunadək başa çatdırılmalıdır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *