“Kreml məruzəsi”ində azərbaycanlı oliqarxlar: Ağalarov, Nisanov, Ələkbərov... » AzNews.info -Xəbər portalı

“Kreml məruzəsi”ində azərbaycanlı oliqarxlar: Ağalarov, Nisanov, Ələkbərov...

“Kreml məruzəsi”ində azərbaycanlı oliqarxlar: Ağalarov, Nisanov, Ələkbərov...


Xəbər verildiyi kimi ABŞ Dövlət Departamenti ötən gün yanvarın 29-da Rusiya hakim elitasının və Kremlə yaxın oliqarxların siyahısını gələcəkdə sanksiyaların tətbiq edilməsi üçün Konqresə təqdim edib. Bu siyahı ABŞ Maliyyə Nazirliyinin saytında dərc edilib. Doğrudur, siyahının məxfi hissəsi də var və orada həm məmurlar, həm bəzi oliqarxlar yer alır. Siyahının açıqlanan hissəsində 3 azərbaycanlı oliqarxın da adları var.

Siyahı dünyanın bütün maliyyə təşkilatları üçün tövsiyə xarakteri daşıyır-onlar bu siyahıdan adları sənəddə yer alan şəxslərlə və strukturlarla birgə biznes qurarkən qərar qəbulu zamanı istifadə edə bilərlər. Formal olaraq sənədin hazırlanması Rusiyanın Amerika seçkilərinə müdaxiləsi ilə əsaslandırılır. Sənəddə cəmi 210 ad yer alır. Onlardan 114-ü mövcud hakimiyyətin nümayəndələri, 96-ı isə biznes nümayəndələri, yaxud oliqarxlardır.

“Kreml məruzəsi”ində azərbaycanlı oliqarxlar: Ağalarov, Nisanov, Ələkbərov...


Məmurlar siyahısına prezident administrasiyasının rəhbəri Anton Vayno, onun müavinləri, prezidentin müşavirləri, baş nazir Dmitri Medvedyev də daxil olmaqla hökumətin az qala bütün tərkibi, xüsusi xidmət və kəşfiyyat strukturlarının rəhbərləri, o cümlədən Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, FTX direktoru Aleksandr Bortnikov, baş prokuror Yuri Çayka və digərləri yer alır.

Rusiyanın 20 aparıcı dövlət şirkətinin rəhbərləri-“Rosneft” prezidenti İqor Seçin, “Rostex”in rəhbəri Sergey Çemezov, dövlət bankı VTB-nin rəhbəri Andrey Kostin, “Sberbank”ın rəhbəri German Qref və digərləri də siyahıdadır.

ABŞ Maliyyə Nazirliyi sənəddə kimlərin “oliqarx” hesab edilməsi ilə bağlı hədd də müəyyənləşdirib. Bunlar sərvəti 1 milyard dollardan çox olan və “prezident Putinlə yaxın əlaqələrə malik” biznesmenlərdir. Belələrinin arasında Roman Abamoviç, Oleq Deripaska, Süleyman Kərimov, Arkadi və Boris Rotenberg qardaşları, Mixail Proxorov, o cümlədən azərbaycanlı milyarder-oliqarxlar Qod Nisanov, Araz Ağalarov və Vahid Ələkbərov da var. Maraqlıdır ki, Qod Nisanovun ortaqları-oliqarxlar Zarah İliyev və İlham Rəhimov siyahının açıq hissəsində yoxdur.

“Kreml məruzəsi”ində azərbaycanlı oliqarxlar: Ağalarov, Nisanov, Ələkbərov...


Sənəddə deyilir ki, məruzənin məxfi hissəsində siyahının birinci (məmurlar) və ikinci (oliqarxlar) hissəsində yer almayan personaların adları yer alır. Bura federal məmurlardan aşağı ranqlı məmurlar, yaxud sərvəti 1 milyard dollardan aşağı olan biznesmenlər daxil ola bilər.

Rusiyadan sənədə reaksiyalar fərqlidir. Federasiya Şurasının üzvü Vladimir Cabarov “Kreml məruzəsi”ni ikitərəfli diplomatik münasibətlərin kəsilməsi kimi qiymətləndirib. Bildirib ki, Rusiya hökmən bu sənədə cavab verəcək. Baş nazirin müavini, adı siyahıda yer alan Arkadi Dvorkoviç isə sənədə sakit yanaşıb. Deyib ki, “Kreml məruzəsi” sadəcə olaraq “Rusiya siyasətində kim var, kim yox” məzmunlu soraq kitabçasına oxşayır. Və buna cavab verməyə hələ ehtiyac yoxdur.

Dövlət Dumasının komitə sədri Konstantin Kosaçev isə deyib ki, sənədlə tanış olanda ABŞ xüsusi xidmət orqanlarının sanki “Kremlin telefon kitabçasının surətini çıxardıqları” görünür. Kosaçevin sözlərinə görə, bu paranoyadır. Dövlət Dumasının vitse-spikeri İrina Yarovaya isə hesab edir ki, bu sənəd ABŞ-ın Quantanamo həbsxanasının qapılarını açmasına oxşayır. Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Frants Klintseviçin fikrincə isə ABŞ “Kreml məruzəsi”ni dərc etməklə bütün beynəlxalq və hüquq normalarını pozub, Rusiya ilə əməkdaşlığı faktiki mümkünsüz edib. Rusiya elitasının sənədə reaksiyaları gəlməkdə davam edir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *