Oliqarxlar panikada: Daniel Frid “mən hələ belə şey görməmişdim” deyir... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet

Oliqarxlar panikada: Daniel Frid “mən hələ belə şey görməmişdim” deyir...

Oliqarxlar panikada: Daniel Frid “mən hələ belə şey görməmişdim” deyir...

ABŞ-ın Rusiyaya qarşı gələn ilin fevralında qüvvəyə minəcək yeni, əhatəli sanksiyaları oliqarxlar arasında əsl panika yaradıb. Virtualaz.org xəbər verir ki, bu barədə “The Guardian” qəzetinin məqaləsində deyilir.

Prezident Donald Tramp Konqresin hər iki palatasındqn keçən bu qanun layihəsini həvəssiz imzalayıb. Orada deyilir ki, gələn ilin fevralından başlayaraq administrasiya Rusiyanın ən nüfuzlu oliqarxları, onların prezident Putinlə əlaqələri, korrupsiyaya dair dəlillər, oliqarxların sərvətlərinin təxmini həcmi və onların gəlir mənbələri barədə ətraflı hesabat hazırlayıb təqdim etməlidir. Konqres isə bu hesabat əsasında oliqarxlara qarşı fərdi sanksiyalar tətbiq edəcək. Bura aktivlərə həbs qoyulması və səyahət qadağasının tətbiqi də daxildir.

Oliqarxlar panikada: Daniel Frid “mən hələ belə şey görməmişdim” deyir...


Qanunun qüvvəyə minməsini təkcə oliqarxlar yox, onların ailə üzvləri də narahatlıqla gözləyir. Çünki bu qanun layihəsinin əhatə dairəsi Rusiyaya qarşı indiyədək tətbiq edilmiş sanksiyalardan daha genişdir və birbaşa Putinin yaxın ətrafını hədəf alır. Qəzet hesab edir ki, yeni sanksiyaların nə dərəcədə reallaşdırılacağından asılı olaraq bu, Putin hakimiyyətini laxlada bilər.

Barak Obama administrasiyasında dövlət katibinin köməkçisi olan, hazırda Atlantic Council-də işləyən Daniel Frid deyib ki, həmin qanun layihəsinin nəticəsi olaraq oliqarxlar arasında əsl panika başlayıb. “Daniel Fred bu yaxınlarda mənə dedi ki, o, əvvəllər belə şey görməmişdi. Rusiyalı oliqarxlar yanlarında lobbiçilər və hüquqşünaslar olmaqla “paçkalarla” Vaşinqtona gəlir, anlamağa çalışırlar ki, onları nə gözləyir. Oliqarxlar bilmək istəyir ki, adların yer aldığı qara siyahı hazırlanacaqmı”-qəzetin təhliçisi Natali Nuqered yazır.

Oliqarxlar panikada: Daniel Frid “mən hələ belə şey görməmişdim” deyir...


“Moscow Times” qəzetinin xəbərində isə deyilir ki, rusiyalı zənginlər onları gözləyən ziyanı necə azaltmağın yollarını tapa bilmirlər. Bəzi hüquq firmaları onlara arvadları ilə boşanmağı və bütün aktivlərini arvadın adına keçirməyi məsləhət görür, bildirir ki, ancaq bu yolla oliqarxlar sərvətlərini saxlaya bilərlər.

Sanksiyalar Rusiyada prezident seçkiləri ərəfəsi qüvvəyə minəcək. Belə bir vaxtda Putinə yaxın oliqarxlar xaricə çıxardıqları sərvətin taleyindən narahatdırlar. Onlar bir ağızdan patriotizm nəğmələri oxuya bilərlər, ancaq hamıdan yaxşı dərk edirlər ki, topladıqları sərvəti qanunun aliliyi mövcud olan yerlərdə qoruya bilərlər.

Virtualaz.org qeyd edir ki, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları bir sıra azərbaycanlı oliqarxları da əhatə edə bilər. Bura Moskvanın daşınmaz əmlak “kralları” olan Qod Nisanov, ortaqları Zarah İliyev və İlham Rəhimov, digər azərbaycanlı milyarderlər Araz Ağalarov, Vahid Ələkbərov da daxildir.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *