Kərimovu İsmayılov ələ verdi? » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet

Kərimovu İsmayılov ələ verdi? – OLİQARXLARIN BAŞI ÜSTÜNÜ ALAN TƏHLÜKƏ

Kərimovu İsmayılov ələ verdi?

Bu günlərdə Fransanın Nitse şəhərində həbs olunan və daha sonra 5 milyon dollar girov qarşılığında polis nəzarətinə buraxılan rusiyalı oliqarx-milyarder, Dağıstandan olan senator Süleyman Kərimovu fransız xüsusi xidmət orqanlarına azərbaycanlı müflis oliqarx Telman İsmayılov sata bilər. Virtualaz.org xəbər verir ki, belə ehtimal hazırda Rusiya mətbuatında müzakirə olunur.

Məsələ burasındadır ki, sifarişli qətllərdə və bir sıra digər ağır cinayətlərdə itiham olunaraq barəsində beynəlxalq axtarış qərarı çıxarılmış Telmn İsmayılovun hazırda Fransada olduğu bildirilir. Rusiya mətbuatında yayılan xəbərlərə görə o, Provans əyalətinin Antib kommunasında “gözdən itib”. Habelə T.İsmayılov Fransadan siyasi sığınacaq istəyərək əlində Rusiya hakim elitasına, güc strukturlarına qarşı ciddi kompromatların olduğunu, siyasi mühacir statusunun əvəzində bu kompromatları təqdim edəcəyini çatdırıb.

Kərimovu İsmayılov ələ verdi?


T.İsmayılovun vəkili onun Fransadan siyasi sığınacaq istədiyini təkzib edib. Lakin T.İsmayılovun xasiyyətinə bələd olanlar deyirlər ki, o belə addım ata bilər və Rusiya hakimiyyətinə qarşı qisas planı olmamış deyil. Çünki T.İsmayılovun əlindəki kompromatlar Avropa İttifaqı və ABŞ hüquq-mühafizə orqanları üçün olduqca qiymətli ola bilər. Xüsusən də ABŞ Konqresinin Rusiyaya qarşı bu ilin yayında qəbul etdiyi və gələn ilin fevralından qüvvəyə minəcək misli görünməmiş sanksiyalar nəzərə alınmaqla. Həmin paketdə Kremlə yaxın oliqarxlara fərdi sanksiyalar da nəzərdə tutulur.

Kərimovu İsmayılov ələ verdi?


Maraqlıdır ki, T.İsmayılovun Fransada gizləndiyi haqda xəbərlərin yayılmasından az sonra onun çoxdankı tanışı Süleyman Kərimov Nitse aeroportunda şəxsi təyyarəsinin trapından enən kimi saxlanılıb. Xəbər verildiyi kimi Kərimov Lacivərdi sahillərdə, o cümlədən Antib kommunasında vasitəçilərin və offşor şirkətlərin adına bir neçə malikanə alarkən on milyonlarla dollar vergidən yayınmaqda şübhəli bilinir.

Fransa məhkəməsinin Süleyman Kərimovun girov qarşılığında buraxılması haqda qərarına əsasən o, həmin ölkəni tərk edə bilməz. Həftədə bir neçə dəfə polis bölməsində qeydiyyatdan keçməlidir və “bir sıra şəxslərlə” təmaslara girməməlidir. Bunlar hansı şəxslərdir, Nitsa prokuroru açıqlamayıb. Və Kərimovun həbsi ətrafında intriqalar daha da dərinləşib.

Kərimovu İsmayılov ələ verdi?


T.İsmayılovla S.Kərimovun maraqları sonuncu dəfə Mahaçqala imanının özəlləşdiirlməsi məsələsində toqquşub. Rusiya hökuməti bir neçə il dağıstanlı klanların nəzarətində olan əvvəl bu limanı özəlləşdirməyə cəhd edib. Aktivə Süleyman Kərimovun “Nafta-moskva” şirkəti, Ziyauddin Maqomedovun “Summa” qrupu və Türkiyənin “Yilport Holding” şirkəti iddia edib. Sonuncu şirkətin Telman İsmayılova bağlı olduğu bildirilirdi. Bəzi məlumatlara görə Dağıstanın keçmiş rəhbəri Ramazan Abdulatipov limanın Kərimova satılmasını istəyib, digər məlumata görə isə Telman İsmayılovun tərəfini tutub. Abdulatipovun Dağıstan rəhbəri əzifəsindən uzaqlaşdırılmasından sonra limanın özəlləşdirilməsi də təxirə düşüb.

İndi ehtimal edilir ki, S.Kərimovun Fransada həbs edilməsində T.İsmayılovun hansısa rolu ola bilər. Lakin hələlik bu versiyanı təsdiqləyəcək hansısa məlumat, dəlil yoxdur. Bununla belə Rusiyada hakimiyyət və ona yaxın oliqarxlar bərk narahatdır. Birincisi, S.Kərimovun həbsi digər rusiyalı oliqarxların da Avropaya yolunu faktiki olaraq bağlayır. Onların Avropadakı aktivləri, hansı ki, bunlar əsasən offşorlarda qeydiyyatdan keçib, təhlükə altındadır və özləri də Avropa paytaxtlarına ayaq basanda qollarının qandallanmayacağına təminatları yoxdur. Vəziyyət ABŞ-ın sanksiyalarının gələn ilin fevralından qüvvəyə minməsi ilə oliqarxlar üçün daha da dözülməz xarakter ala bilər.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin işğalı başa çatdırılıb.
Instantly see Google Street View

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *