Senator Süleyman Kərimov Fransada saxlanıldı
Rusiya senatoru Süleyman Kərimov Fransada – Nitsa ərazisində vergi dələduzluğu nəticəsində əldə edilmiş pulların yuyulmasında şübhəli bilinərək saxlanılıb.
Virtualaz.org bildirir ki, bunu “Blumberq” agentliyinə açıqlamasında prokuror Jan- Mişel Pretra deyib.
Agentliyin məlumatına görə, hazırda Rusiya senatorunu sorğu-sual edirlər. Sonra hakim, mümkün ittihamlar daxil olmaqla, növbəti addımlarla bağlı qərar qəbul edəcək.
**
22:19
Rusiya Federasiya Şurasının üzvü, sahibkar Süleyman Kərimov Fransada saxlanılıb.
Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, polis onu Nitsa şəhərində saxlayıb.
Rusiyanın Fransadakı səfirliyindən bildiriblər ki, Süleyman Kərimov noyabrın 20-si axşam saatlarında Nitsa hava limanında saxlanılıb və polis məntəqəsinə aparılıb. Rusiya diplomatik nümayəndəliyinin əməkdaşları dərhal hadisə yerinə yollanıb və onunla görüşməyə nail olublar.
Səfirlikdən, həmçinin bildiriblər ki, S.Kərimovun azad olunmasına çalışırlar. Bununla belə, onun saxlanılmasının səbəbini dəqiqləşdirməyiblər.
Mənbə:> virtualaz.org