Fransada polis 6 nəfəri güllələdi
Fransada polis əməkdaşı 3 nəfəri güllələyərək qətlə yetirib, 3 nəfəri isə yaralayıb.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, hadisə ölkənin İl-de-Frans bölgəsində yerləşən Sarsel bələdiyyəsi ərazisində baş verib.
Bildirilir ki, yaralananlar polisin sevgilisi, onun anası və bacısı, ölənlər isə sevgilisinin atası və qonşuluqda yaşayan 2 nəfər olub. Daha sonra polis əməkdaşı intihar edib.
İlkin məlumata əsasən, hadisəyə səbəb polisin sevgilisinin bir müddət əvvəl ondan ayrıldığını bildirməsi olub.
Mənbə:> Virtualaz.org