Qonşunun itinin hürməsindən narazı olan kişi üç nəfəri öldürdü » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Qonşunun itinin hürməsindən narazı olan kişi üç nəfəri öldürdü

Qonşunun itinin hürməsindən narazı olan kişi üç nəfəri öldürdü


Portuqaliyada atışma nəticəsində ikisi polis olmaqla, üç nəfər öldürülüb.

Oxu.Az Lenta-ya istinadən xəbər verir ki, hadisə paytaxt Lissabondan 30 km cənubda, Kinta-du-Konde rayonunda baş verib.

Münaqişəyə səbəb itin hürməsi olub. 77 yaşı kişi bildirib ki, əgər heyvan susmasa, qonşusunu öldürəcək.

Səs-küyə qonşuluqda yaşayan polis işçisi gəlib, lakin təqaüdçü gözlənilmədən ona atəş açaraq öldürüb. Daha sonra isə ona kömək etmək istəyən yeniyetmə oğlunu güllələyib.

Qonşular tərəfindən hadisə yerinə çağırılan daha bir polis zabitini isə 77 yaşlı kişi başından güllələyərək öldürüb.

Bütün bunlardan sonra o intihar etmək istəyib, lakin polis buna imkan verməyib. Hal-hazırda o xəstəxanaya yerləşdirilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *