ABŞ-da polislər bu il 500 nəfəri güllələyib
ABŞ polisi cari ilin 6 ayı ərzində 492 nəfəri güllələyərək qətlə yetirib. Bu rəqəm son 2 ilin müvafiq dövrünün göstəricisi ilə demək olar ki eynidir.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.
Nəşr polis tərəfindən güllələnən silahsız şəxslərin sayının azaldığını qeyd edib.
“Washington Post” polisin iştirakı ilə ölümlə nəticələnən silahlı insidentlərin statistikasını 2014-cü ilin avqustunda qaradərili Maykl Baraunun qətlindən sonra aparır.
Xatırladaq ki, həmin insident ABŞ-da genişmiqyaslı etiraz və iğtişaşlara səbəb olmuşdu.
Mənbə:> APA