Azərbaycandan hərbi təyyarədə, avtomatlıların müşayiəti ilə Rumıniyaya gedib təzə böyrək alan nüfuzlu şəxs... » AzNews.info -Xəbər portalı

Azərbaycandan hərbi təyyarədə, avtomatlıların müşayiəti ilə Rumıniyaya gedib təzə böyrək alan nüfuzlu şəxs... – VİDEO

Azərbaycandan hərbi təyyarədə, avtomatlıların müşayiəti ilə Rumıniyaya gedib təzə böyrək alan nüfuzlu şəxs...

Rumıniyada insan orqanlarının alveri üzrə davam edən təhqiqatda əsas şahid Yulian Yakob sensasion ifadə verərək Azərbaycandan gedən, avtomatla silahlanmış mühafizəçilərin qoruduğu yüksək rütbəli şəxsin onun böyrəyini necə aldığını danışıb. Virtualaz.org Rumıniya KİV-lərinə istinadən xəbər verir ki, bu təhqiqat 2000-2007-ci illər ərzində insan orqanı alveri ilə bağlı cinayətləri əhatə edir. İş üzrə fiqurantlar arasında böyrək transplantasiyasını həyata keçirən doktor Mixay Lukan da var. Yulian Yakob isə təhqiqatda şahid qismində çıxış edir.

Şahid ifadəsində bildirib ki, doktor Mixay Lukanın dostu Emil Sabo onunla əlaqə saxlayaraq böyrəyini 7500 dollara Azərbaycan vətəndaşına satmağı təklif edib. Şahid rumın hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən yanvarın 23-də onun böyrəyinin çıxarıldığı xəstəxanaya-Kluja şəhərindəki Urologiya və Transplantlogiya Klinikasına aparılıb, orada hadisələrin necə baş verdiyini danışıb.

“Mən böyrəyimi satmaq barədə təklifi qəbul etdim, çünki ciddi maliyyə sıxıntıları içərisində idim. Emil Sabo mənə dedi ki, professor Lukan artıq xarici vətəndaşı böyrək köçürülməsi üçün Rumıniyaya gətirib. Mən həmin şəxsin Azərbaycandan olduğun öyrəndim. Klinikada bizdə qanın uyğunluğunu yoxlamaq üçün analiz apardılar, sonra professor Lukan məndən soruşdu ki, böyrəyimə görə təklif edilən məbləğdən razıyammı. Azərbaycanlını üçü tapança, biri hətta “Kalaşnikov” avtomatı ilə silahlanmış dörd mühafizəçi müşaiyət edirdi. Onlar məni qoruyurdular ki, birdən transplantasiyaya qədər klinikadan qaçaram”-Yulian Yakob bildirib.

Azərbaycandan hərbi təyyarədə, avtomatlıların müşayiəti ilə Rumıniyaya gedib təzə böyrək alan nüfuzlu şəxs...


Şahid azərbaycanlıların silahlarını necə saxladıqlarını da ətraflı təsvir edib. Deyib ki, onlardan üçü pencəklərinin yaxasını qaldırıb sol tərəfdən asılmış tapançalarını nümayiş etdirdilər. Biri isə avtomatı hazır vəziyyətdə saxlamışdı.

Şahid deyib ki, böyrəyini çıxarandan sonra ona 7500 dollar yox, cəmi 2500 dollar veriblər. Emil Sabo ona deyib ki, bundan artıq pul verməyəcək. Çünki o, avtomobilə görə kredit ödəməlidir, doktor Lukan isə villa tikir deyə xərcləri çoxdur.

“Emil Sabo mənə dedi ki, yeni donorlar tapıb gətirsəm mənə yenə pul verəcək. Mən donorlar gətirdim, lakin yenə də pul almadım. Klinikada Almaniya və ya İtaliya vətəndaşı olduğunu eşitdiyim pasiyent böyrəyə görə 200 min dollar ödəmişdi. Həmin Azərbaycan vətəndaşı isə 300 min dollar vermişdi. Lakin buna baxmayaraq mənə artıq pul verən olmadı”-Yulian Yakob danışıb.

Şahidin dediyinə görə, silahlıların müşaiyət etdiyi Azərbaycan vətəndaşı Kluja beynəlxalq aeroportuna “Herkules” hərbi-nəqliyyat təyyarəsində (ehtimal ki, təyyarə ağır vəziyyətdə olan böyrək xəstələrinin nəqli üçün istifadə edilə biləcək “uçan xəstəxana” olub) gətirilib. Təyyarəni Rumıniya Hərbi Hava Qüvvələrinin qırıcıları səmada müşaiyət edib. Onu və yanındakı azərbaycanlıları müşaiyət edənlərin diplomatik pasportları olub. Həmin pasportları Rumıniyanın Vatikandakı səfirliyi vermişdi.

Azərbaycandan hərbi təyyarədə, avtomatlıların müşayiəti ilə Rumıniyaya gedib təzə böyrək alan nüfuzlu şəxs...


Yulian Yakob deyib ki, Kluja areroportunun sərhəd və gömrük xidməti, o cümlədən xüsusi xidmət orqanları əməkdaşları beynəlxalq insan orqanı alveri mafiyası ilə əlbirdir. Çünki onların böyrək transplantasiyası üçün ölkəyə gətirilən xarici pasiyentlərdən xəbəri olurdu.

Diplomatik pasportlar sayəsində azərbaycanlıları Rumıniya aeroportunda yoxlamayıblar və bu səbəbdən onlar üzərlərindəki silahlarla ölkə ərazisinə keçib. Bu haqda Yulian Saboya Emil Sabo danışıbmış.

“Doktor Lukan insan orqanları alveri ilə 900 min dollar qazanıb. O, həmin pullar hesabına özünə İsveçrədə villa və Rumıniyada yeni klinika tikib”-Yulian Yakob bildirib.

Azərbaycandan hərbi təyyarədə, avtomatlıların müşayiəti ilə Rumıniyaya gedib təzə böyrək alan nüfuzlu şəxs...


Uroloq-doktor Mixay Lukan Yakobun iddialarını şərh etməyib. Rumıniyanın Milli Transplantologiya Agentliyi isə Klujadakı klinikanın orqan alveri ilə məşğul olduğunu təkzib edib. Hazırda Rumıniyanın hüquq-mühafizə orqanları doktor Lukan barədə təhqiqat aparır. O, Klujadakı klinikanın 1 milyon avro vəsaitini mənimsəməkdə ittiham olunur. Doktor Lukan ev dustaqlığındadır, hüquq-mühafizə orqanlarının əməkdaşları isə şahidləri dindirməkdə və həkimin cinayətkar fəaliyyətləri barədə faktları toplamaqda davam edir. Rumıniya KİV-ləri doktor Lukana qarşı qanunsuz orqan alveri maddəsi ilə cinayət işinin qaldırılmasını istisna etmir.

Yulian Yakob hələ 2005-ci ildə doktor Lukanı orqan alverində ittiham edib. Onun şikayətini prokurorlar araşdırıblar, lakin “sübutlar tapmadıqlarına görə” işi bağlayıblar. Yakob deyir ki, o, həmin klinikaya özündən başqa daha iki donor aparıb. Həmin donorlardan çıxarılan böyrəklər də “lüks sinif” pasiyentlərə köçürülüb. Və bu pasiyentlərdən biri də Azərbaycan vətəndaşı olub. Yakobun bildirdiyinə görə həmin donorlar da sağdır və istintaqa ifadə verməyə hazırdır.

Xatırladaq ki, bundan əvvəl də Azərbaycanın adı beynəlxalq orqan mafiyasının işi ilə bağlı dəfələrlə çəkilib. Bir müddət əvvəl məlum olmuşdu ki, Bakıdakı bəzi özəl klinikalar, o cümlədən “ABU Klinika” qanunsuz böyrək köçürülməsi əməliyyatları keçirib. Habelə Azərbaycanda ehtiyac üzündən böyrəyini satanlarla əlaqə yaradıb onların orqanlarını imkanlı pasiyentlərə satıblar.


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *