Azərbaycanda meyitlərdən orqan transplantasiyası olacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Səhiyyə, Video

Azərbaycanda meyitlərdən orqan transplantasiyası olacaq – VİDEO

Azərbaycanda meyitlərdən orqan transplantasiyası olacaq


Böyrək, qaraciyər kimi orqanlarını itirən insanlara canlı donorlardan orqan köçürmək mümkündür. Ancaq ürək, ağciyər və ya mədəaltı xəstəliklərindən əziyyət çəkənlər üçün orqan mütləq meyitlərdən götürülməlidir. Çünki bu orqanların əvəzedicisi yoxdur. Səhiyyə Nazirliyi məhz meyitlərdən orqan köçürülməsi üçün yeni təlimat hazırlayır.

AzNews.info Xəzərxəbər-ə istinadən xəbər verir ki, Azərbaycanda meyitlərdən xəstə insanlara orqan köçürüləcək.

Tanınmış transplantoloq Mircəlal Kazımi bildirir ki, bununla bağlı hazırlanan təlimatlarda prosesin bütün təfərrüatları əksini tapır. Təlimata görə, vəfatından sonra orqanı götürüləcək xəstələrin beyin ölümü tibb müəssisələrində reallaşmalıdır.

Xəstənin beyin ölümü reallaşandan sonra meyitlərdən orqan köçürülməsi koordinatorları işə qoşulacaq.

Orqanın işlək olması üçün onu meyitdən qısa müddət ərzində götürmək lazımdır.

Mircəlal Kazımi bildirir ki, orqanları sağlam olan bir şəxs vəfat etdikdə ən azı 5-6 adamı həyata qaytara bilər. Ona görə də ölən şəxslərin yaxınları bu işdə fəal olmalıdırlar.


Mənbə: XəzərXəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *