ABŞ və Rusiya ordu komandanları yanvarın 26-da Bakıda olacaq
ABŞ silahlı qüvvələrinin generalı, NATO-nun Avropadakı birləşmiş qoşunlarının komandanı Kertis Skaparotti və Rusiya silahlı qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov yanvarın 26-da Bakıda görüşəcəklər.
Virtualaz.org “The Wall Street Journal”a istinadən xəbər verir ki, generalların görüşündə Ukraynaya dair vəziyyət də müzakirə olunacaq. Hərçənd onların görüşünün bilavasitə səbəbi Ukrayna deyil. Həmin gün Dubayda Putinin xüsusi nümayəndəsi Vladislav Surkovla ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker də görüşəcəklər. Onlar Ukraynanın şərqindəki münaqişənin dayandırılması üçün sülh planını bərpası barədə danışacaqlar.
Generallar Skaparotti və Gerasimovun yanvar ayında Bakıda görüşəcəklərinə dair məlumatı bundan əvvəl “BuzzFeed” nəşri yaymışdı. Görüş barədə razılıq generallar arasında telefon danışığı zamanı əldə olunub. Gözlənilir ki, Skaparotti və Gerasimov Bakıda Azərbaycan hərbi-siyasi rəhbərliyi ilə ayrıca danışıqlar da keçirəcək.
Mənbə:> Virtualaz.org