Türkiyə Baş Qərargah rəisinin qəfil Moskva səfəri
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar Rusiyaya səfər edib.
NTV xəbər verir ki, o, rusiyalı həmkarı, ordu generalı Valeri Gerasimovla görüşəcək.
Məlumata görə, səfər çərçivəsində iki ölkə arasında hərbi əməkdaşlıq, habelə Suriyadakı vəziyyətin müzakirə ediləcəyi gözlənilir.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov sentyabrın 15-də Türkiyəyə səfər etmişdi.
Mənbə:> Report