Müdafiə Nazirliyi polkovnikin bədbəxt hadisə nəticəsində həlak olduğunu bildirir
Polkovnik Rahim Əliyevin ölümü Azərbaycan ictimaiyyətində və sosial şəbəkələrdə böyük rezonansa səbəb olub. Virtualaz.org xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün hərbçinin ölümü ilə əlaqədar rəsmi bəyanatla çıxış edib.
“Təlim mərkəzlərindən birində məşğələlərin keçirildiyi zaman baş vermiş bədbəxt hadisə nəticəsində həlak olmuş hərbçi Əliyev Rahim Əhməd oğlu hərbi rituala müvafiq olaraq dəfn edilib.
Bu faktla bağlı Hərbi Prokurorluq tərəfindən istintaq aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olmuş hərbçinin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir”, - Müdafiə Nazirliyinin mətbuat xidmətinin bəyanatında deyilir.
Mənbə:> Virtualaz.org