Azərbaycan əsgəri bədbəxt hadisə nəticəsində öldü
Fövqəladə Hallar Nazirliyi (FHN) Mülkü müdafiə qoşunlarının N saylı hərbi hissəsinin əsgəri, 1992-ci il təvəllüdlü Allahyar Nazim oğlu Məmmədov dünyasını dəyişib.
ANS PRESS-in FHN-in saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Nərimanov rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılmış əsgər hərbi hissənin texnika parkında iş görülərkən ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.
Hadisə ilə əlaqədar hazırda Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən istintaq aparılır.
Mənbə:> ANSPRESS