Müdafiə Nazirliyi əsgər Məmmədovun Tərtərdə necə həlak olduğunu açıqladı
Müdafiə Nazirliyi əsgər Məmmədovun Tərtərdə necə həlak olduğunu açıqladı
Azərbaycan Müdafiə Nazirliyi hərbi qulluqçu Məmmədov Sənan Hidayət oğlunun təmas xəttinin Tərtər istiqamətində ötən həftə həlak olması ilə bağlı virtualaz.org saytının sorğusuna cavab verib. Nazirlik bildirir ki, əsgər Məmmədov Sənan Hidayət oğlu “döyüş növbətçiliyi qaydalarının kobud şəkildə pozulması” nəticəsində həlak olub. Hazırda faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, sosial şəbəkələrdə Sənan Məmmədovun doğulduğu Culfa rayonunda dəfninə dair videogörüntülər yayılmışdı. Bildirilirdi ki, hərbi qulluqçu düşmənlə atışmada həlak olub.
Mənbə:> Avropa.info