Fazil Məmmədovun “kassiri” Eldar Mahmudovla əlbir olduğu üçün istintaqa cəlb olundu
Fazil Məmmədovun “kassiri” Eldar Mahmudovla əlbir olduğu üçün istintaqa cəlb olundu
Keçmiş vergilər naziri Fazil Məmmədovun “kassiri” hesab olunan Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru, nazirin büdcə məsələləri üzrə müşaviri Habil Məmmədov da istintaqa çağırılıb.
Ölkə.az-a istinadən xəbər verir ki, mötəbər mənbədən əldə olunan məlumata görə, hazırda Habil Məmmədov vergilər nazirinin müşaviri olmasına baxmayaraq, adı Eldar Mahmudovla əlbir olmaqda hallanır.
İttihamlara görə, Eldar Mahmudov nazir olduğu dövrdə orta və böyük vergi ödəyiciləri haqqında məlumatlar ona Habil Məmmədov tərəfindən ötürülürmüş. Bundan sonra isə keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) həmin iş adamlarına qarşı əməliyyat keçirərək, onlardan külli miqdarda pul tələb edirmiş.
Habil Məmmədovun Eldar Mahmudovla şəxsi münasibətlərinin də yüksək səviyyədə olduğu deyilir. Məlumatlara görə, Eldar Mahmudov vəzifədən çıxarılandan sonra da Habil Məmmədov onunla münasibətləri kəsməyib.
Bütün bunların faktlığını təsdiq etmək üçün hazırda Habil Məmmədov istintaqa cəlb olunub. İstintaq ittihamları sübut edərsə, yaxın günlərdə Habil Məmmədovun da vəzifədən azad olunacağı gözlənilir.
Mənbə:> Ölkə.Az