Nazirdən yeni rəhbər təyinatları
Vergilər Nazirliyinin Aparat rəhbəri vəzifəsinin müvəqqəti icrası Elçin Namazlıya həvalə olunub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə qurumun saytında yer alan məlumatda deyilir.
Bundan öncə adıçəkilən vəzifəni Ağasəməd Əfəndiyev tutub. Vergilər naziri Fazil Məmmədovun əmrinə əsasən A.Əfəndiyev Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsinə təyin olunub.
14:56
Vergilər naziri Fazil Məmmədovun əmri ilə yeni yaradılan Vergilər Nazirliyi yanında Xüsusi Gəlirlər Departamenti, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamenti və Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlarla İş Departamentinə rəhbərlər təyin olunub.
Oxu.Az xəbər verir ki, nazirlikdən APA-ya verilən məlumata görə, Habil Məmmədov Vergilər Nazirliyi yanında Xüsusi Gəlirlər Departamentinin baş direktoru təyin edilib.
Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsi Ağasəməd Əfəndiyevə həvalə olunub.
Sərxan Məmmədov isə Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin baş direktoru olub.
Mənbə:> Oxu.az