Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi olub » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi olub

Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi olub


Vergilər Nazirliyində kadr dəyişikliyi olub.

Aznews.info APA-ya istinadən xəbər verir ki, Natiq Şirinov Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi təyin olunub. N.Şirinov bundan öncə vergilər nazirinin müşaviri vəzifəsində çalışıb. Maraqlıdır ki, sonuncu vəzifəsində mütəxəssis 1 ay qalıb.

Bundan başqa, Zaur Fətizadə Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin rəisi vəzifəsinə təyin olunub. Bundan öncə Z.Fətizadə Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi olub.

Bunadək Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi olan İlqar Əhmədov nazirin müşaviri təyin olunub. Bununla yanaşı, İ.Əhmədov əvvəlki vəzifəsini müvəqqəti icra edir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *