Azərbaycanlı oliqarxın sərvəti bir günün içində 1 milyard dollar artdı » AzNews.info -Xəbər portalı

Azərbaycanlı oliqarxın sərvəti bir günün içində 1 milyard dollar artdı

Azərbaycanlı oliqarxın sərvəti bir günün içində 1 milyard dollar artdı

Azərbaycanlı oliqarx-neft maqnatı, “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovun sərvəti bir günün içində təqribən 1 milyard dollar artıb. Virtualaz.org “Forbes”ə istinadən xəbər verir ki, buna səbəb “Lukoil” şirkətinin səhmlərinin yanvarın 12-də kəskin bahalaşmasıdır.

Belə ki, ötən cümə günü Moskva fond birjasında hərrac zamanı “Lukoil” şirkətininsəhmləri tarixi maksimum həddinə qədər bahalaşıb. Şirkətin bir səhminə 3942 rubl veriblər, birjanın açılışında isə qiymət 3677 rubldan başlamışdı. Günün sonunda səhmlər 6 faizdən çox bahalaşıb.

Azərbaycanlı oliqarxın sərvəti bir günün içində 1 milyard dollar artdı


Artəma təsir edən əsas səbəb “Lukoil” şirkətinin direktorlar şurasının həmin gün keçirilən iclasıdır. İclasda şirkətin 2017-ci il üçün fəaliyyətinin yekunları müzakirə olunub. Məlum olub ki, şirkətin maliyyə göstəriciləri gözləniləndən də yaxşıdır. Əlbətdə, burada menecmentlə yanaşı neftin qiymətinin sanballı ölçüdə artmasının da rolu var.

Bu arada Vahid Ələkbərov jurnalistlərə bildirib ki, neftin qiymətləri indiki 70 dollar səviyyəsində qalsa hasilatın azaldılmasını nəzərdə tutan OPEC+ razılaşmasından çıxmaq lazım gələcək. “Hesab edirəm ki, əgər neftin qiyməti 70 dollar həddində olacaqsa tədricən bu razılaşmadan çıxmaq lazımdır”-o bildirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *