“Neftin qiyməti 50 dollardan çox olacaq” » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

“Neftin qiyməti 50 dollardan çox olacaq” – Vahid Ələkbərov

“Neftin qiyməti 50 dollardan çox olacaq”


“2016-cı ildə neftin orta qiyməti bir barrel üzrə 50 dollar olacaq”.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə azərbaycanlı milyarder, “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.

Onun sözlərinə görə, Direktorlar Şurasının toplantısında artıq bu məsələ müzakirə olunub: “Biz kollektiv şəkildə bu məsələni müzakirə etdik. Bu rəqəmin 30-40 dollar olacağını da ehtima edirik. Lakin əminliklə deyə bilərəm ki, 2016-cı ildə neftin orta qiyməti bir barrel üzrə 50 dollar, hətta, ondan da yüksək ola bilər”.

V. Ələkbərov həmçinin, qeyd edib ki, şirkət Baltikyanı ölkələrdə qalmış aktivləri satmaq qərarına gəlib: “Hazırda bizim Litva və Latviyada olan aktivlər satışdadır. Bu ölkələr Rusiya əleyhinə olduğu üçün biz Direktorlar Şurasında qərar verdik ki, bu dövlətlərin ərazisindən çıxaq”

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *